SON XƏBƏRLƏR

Urmiyada iki azərbaycanlı fəal saxlanılıb

2021.10.20, 07:36
Urmiyada iki azərbaycanlı fəal saxlanılıb

Gunaz.tv

GünAz TV: Urmiya şəhərində güney azərbaycanlı milli-mədəni fəallardan ikisi saxlanılıb.

 

Əli Əzizi və Salar Tahiri Əfşar Ettelaat əməkdaşları tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.

 

Fəallar kütləvi etiraz aksiyalarının 6-cı günü, noyabrın 20-də saxlanılıb.

 

İranda kütləvi etirazlar keçirildiyi günlərdə Güney Azərbaycanda onlarla fəal saxlanılıb. Ehtimal olunur ki, təhlükəsizlik qüvvələri aksiyaların Güney Azərbaycan şəhərlərini bürüməsindən ehtiyatlanaraq önləyici tədbirlərə əl atır.

 

Qeyd edək ki, benzinin bahalaşması ilə başlayan kütləvi etirazlar Güney Azərbaycan şəhərlərini də bürümüşdür. Təhlükəsizlik qüvvələri isə dinc keçirilən aksiyalara güc tətbiq edib. Qeyri-rəsmi mənbələrə görə, Azərbaycan şəhərlərində keçirilən aksiyalarda bir neçə nəfər təhlükəsizlik qüvvələri tərəfindən öldürülüb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar