SON XƏBƏRLƏR

“Urmiyada önəmli layihənin açılış mərasimi növbəti dəfə təxirə salınıb” – Şəhər Şurasının üzvü

2021.10.20, 07:36
“Urmiyada önəmli layihənin açılış mərasimi növbəti dəfə təxirə salınıb” – Şəhər Şurasının üzvü

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiya şəhərində “Azərbaycan körpüsü keçidi”nin açılış mərasimi növbəti dəfə təxirə salınıb.

 

Bu barədə Urmiya Şəhər Şurasının üzvü Hüseyn Pənahi noyabrın 26-da keçirdiyi mətbuat konfransında danışıb.

“Layihənin istifadəyə verilməsi ilə bağlı verilən ardıcıl vədlərə görə əhalidən üzr istəyirəm. Bu layihə əslində “müqəddəs müdafiə həftəsi”ndə (sentyabr ayı) istifadəyə verilməli idi. Lakin betonlama işlərində yaranan texniki problemə görə bu mümkün olmad və layihənin açılış mərasimi noyabrın 26-na təxirə salındı. Təəssüflər olsun ki, işlər yekunlaşmadığı üçün yenə də açılış mərasimi baş tutmadı, bunun üçün bir neçə həftə gözləməliyik.”- deyə o bildirib.

 

Güney Azərbaycanda tikinti layihələrinin yarımçıq buraxılması və istifadəyə verilmə tarixinin davamlı olaraq təxirə salınması adi hala çevrilib, bu problemlər adətən büdcə vəsaiti çatışmazlığı ilə izah olunur. Lakin sözügedən layihənin təyin olunan vaxtda istifadəyə verilməməsi ilə bağlı başqa bir iddia da var. Bəzi mətbuat orqanları və siyasi fəallar açılış mərasiminin təxirə salınmasını qarşıdakı parlament seçkiləri ilə əlaqələndirir. Hökumət əhalini seçkilərə cəlb etmək məqsədi ilə bu kimi işlərə əl atır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar