Urmiyada saxlanılan güney azərbaycanlı tələbənin vəziyyətindən xəbər yoxdur

2020-07-17 17:10

Dünən Urmiyanın Təhlükəsizlik İdarəsinə çağırılan güney azərbaycanlı milli-mədəni fəal Fərid Xurşidinin vəziyyətindən xəbər yoxdur.

Gunaz.tv Quote | Gunaz article

Güney Azərbaycan tələbə hərəkatının fəallarından olan Xurşidi iyulun 16-da səhər saatlarında Urmiyanın “Doqquz Pillə” məhəlləsində yerləşən Təhlükəsizlik idarəsinə çağırılıb.

 

 

Qərbi Azərbaycanın Salmas şəhərindən olan Xurşidi, Urmiya universitetində elektrik mühəndisliyi üzrə təhsil alır. Təhlükəsizlik idarəsinə çağırıldığından bir gün keçməsinə baxmayaraq onun nədə günahlandırıldığı və hazırda harada saxlandığı barədə heç bir məlumat verilməyib.

 

 

Qeyd edək ki, Ermənistanın Tovuz rayonunda həyata keçirdiyi son təxribatçı hücumlardan sonra Güney Azərbaycanın milli fəalları iyulun 16-da müxtəlif şəhərlərdə Azərbaycana dəstək aksiyasının keçirilməsi üçün çağırış etmişdilər.

 

 

Çağırışdan sonra İran təhlükəsizlik qüvvələri Təbriz, Zəncan və Urmiyada azərbaycanlı yazıçılar və şairlər, eləcə də tanınmış fəallarla əlaqə saxlayaraq onlara təzyiq göstərərək aksiya əleyhinə çıxış etmələrini tələb etmişdilər.

 

 

Əldə edilən son məlumatlara əsasən, ciddi təzyiqlərə baxmayaraq Azərbaycanın müxtəlif şəhərlərində keçirilən aksiyalarda onlarla milli fəal saxlanılıb. Azərbaycanlı fəalların hazırda harada saxlandığı bəlli deyil.

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə küçə adları farslaşdırılır-Bələdiyyədən absurd qərar

2021-05-06

gun az article

Zənganlı paralimpiyaçı Dünya kuboku uğrunda yarışlarda iştirak edəcək

2021-05-06

gun az article

Xalxalda məktəb binaları çatışmır: Hökumət problemin həllinə biganədir

2021-05-06

gun az article

Şərqi Azərbaycanda su qıtlığı gözlənilir-Valinin nümayəndəsi xəbərdarlıq etdi

2021-05-06

gun az article

GünazTV May.05.2021-Görüş: Rusiyanın bərcamı müxalifət etmək səbəbləri, İranın Azərbaycanda yeni fitnəsi

2021-05-06

gun az article

Milli fəallar Səid Sultani və Babək Kiyumərsi Təbriz Məhkəməsinə çağırıldı

2021-05-05

gun az article

Güneydə məktəblilərin etiraz aksiyaları genişləndi- Narazılara Zəngan və Ərdəbil şagirdləri də qoşuldu-VİDEO

2021-05-05

gun az article

Təbriz-Urmu yolunda ağır qəza: Ölən və yaralananlar var

2021-05-05

gun az article

Məktəblilər Təbrizdə etiraz aksiyası keçirib

2021-05-05

gun az article

İran televiziyasında irqçi təbliğat: Müəllim qeyri-fars dillərini "ləhcə" adlandırdı-VİDEO

2021-05-05

gun az article

Çaroymaqda məktəb binaları çatışmır: Dərslər konteynerlərdə keçirilir

2021-05-05

gun az article

Əncird mis yatağı ekoloji fəlakət yaradır: Hökumət sakinlərin fəryadına biganədir

2021-05-05

gun az article

Ərdəbil əyalətində yağıntının miqdarı azalıb: Quraqlıq təhlükəli həddə çatır

2021-05-05

gun az article

Koronavirus gündəmi: Qərbi Azərbaycanda yoluxma sayı kəskin artdı

2021-05-05

gun az article

“Traxtur”un qolu Çempionlar Liqasının ən yaxşıları siyahısında-VİDEO

2021-05-05

gun az article

GünazTV May.04.2021-Özümüz: Sumərlər və Urartular

2021-05-05

gun az article

GünazTV May.04.2021-GÜNDƏM MASASI: Nədən Farsçılar Türk dilinə ləhcə deyir?

2021-05-05

gun az article

"Oyan, Azərbaycan": Təbrizdə küçələrə azadlıq şüarları yazıldı

2021-05-04

gun az article

Güney Azərbaycanda edam cəzalarının sayı artıb

2021-05-04

gun az article

Təbrizin məşhur futbol klubu fəaliyyətini dayandırdı

2021-05-04