SON XƏBƏRLƏR

Urmiyalı tələbələr ETTELAAT-a çağrılıb. Onlar Türkiyənin zəfərini bayram edirmiş

2021.10.20, 07:36
Urmiyalı tələbələr ETTELAAT-a çağrılıb. Onlar Türkiyənin zəfərini bayram edirmiş

Gunaz.tv
Urmiyalı tələbələr ETTELAAT-a çağrılıb Onlar Türkiyənin zəfərini bayram edirmiş Güney Azərbaycanda millətçi-tələbələrə təzyiqlər səngimir. GAMOH-un Quzey Azərbaycan təmsilçisi Ağrı Qaradağlının "Olaylar"a verdiyi məlumata görə, Urmiya universitetinin daha 18 tələbəsi ETTELAAT-a çağrılıb. Bundan əvvəl 31 tələbə təhlükəsizlik idarəsinə çağrılmışdı. Qeyd edək ki, güneyli tələbələr Avropa çempionatında oynayan Türkiyə futbol komandasının zəfərini bayram edirmişlər -------------------------------------------------------------------------- Hüseyn Hüseyninin harada saxlandığı bəlli deyil Sulduzlu Milli Hərəkat fəalı Hüseyn Hüseyninin həbsi İran mətbuatında işıqlandırılıb. GAMOH-un Quzey Azərbaycan təmsilçiliyindən "Olaylar"a daxil olan məlumata görə, hərəkatçının Sulduz şəhərindəki "Yeddi gözəl" istirahət mərkəzində həbs edilməsi mətbuatın diqqətindən yayınmayıb. Qeyd edək ki, Hüseyn Hüseyni dəfələrlə ETTELAAT qüvvələri tərəfindən yaxalanmış, qeyri-qanuni həbslərə məruz qalmışdı. Milli hərəkatçının harada saxlandığı bəlli deyil. Bu barədə ailəsinə doğru-dürüst məlumat verilmədiyindən hərəkatçının doğmaları narahatdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar