Urmiyanın millət vəkili məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb edib

2020-07-12 15:22

Güney Azərbaycanın Urmiya şəhərinin İran parlamentindəki millət vəkili Salman Zakir türk dilinin məktəb və universitetlərdə tədris olunmasını, həmçinin Türk Dil Qurumunun təsis edilməsini istəyib.

Gunaz.tv Quote | Gunaz article

“Durna Nyüs” saytına müsahibə verən Zakir İran İslam Respublikası konstitusiyanın 15-ci maddəsinin icrasının zəruri olduğunu vurğulayaraq onun sadəcə seçki ərəfəsində gündəmə gəlməsini, səs toplamaq vasitəsi kimi istifadə edilməsini tənqid edib.

 

 

“Konstitusiyanın 15-ci maddəsi bütün etnik qruplara aiddir. İranda ən böyük etnik qrupun dili olan türkcənin tədrisi və bu dildə medianın fəaliyyət göstərməsi üçün bu maddənin icra olunması, eləcə də Fars Dili Akademiyası ilə yanaşı Türk Dili Akademiyasının yaradılması zəruridir,” deyə o bildirib.

 

 

İran Konstitusiyanın 15-ci maddəsində qeyri-fars dillərin tədrisinə icazə verilib. Lakin bir çox İran rəsmisi bu maddəni fərqli şəkildə şərh edərək onun dövlət qurumları üzərinə hər hansı məsuliyyət gətirmədiyini iddia edir.

 

 

Millət vəkili ölkədə qeyr-fars dillərin üzləşdiyi təhlükələrə diqqət çəkərək aidiyyəti qurumların bu dilləri qorumaq və gücləndirmək üçün lazımı tədbirləri görməyə, məsələyə ciddi yanaşmağa çağırıb.

 

 

Ölkədəki iqtisadi vəziyyət və insanların məişət problemlərinin 15-ci maddənin icrası məsələsinə kölgə saldığını deyən deputat, ana dillərinin tədrisini ölkə üçün təhlükə deyil, fürsət kimi dəyərləndirilməsinin zəruri olduğunu xatırladıb.

 

 

Qeyd edək ki, ötən ay Güney Azərbaycanın İran parlamentindəki 31 millət vəkili İslam Şurası Məclisinin rəyasət heyətinə məktub ünvanlayaraq məktəb və universitetlərdə türk dilinin tədris olunmasını tələb ediblər.

 

 

İran rejimi ölkədə müxtəlif dillərin tədrisi üçün milyardlar tümən vəsait ayırır. Halbuki, əhalinin təxminən 40 faizini təşkil edən Azərbaycan türklərinin ana dilinin tədrisinə icazə vermir və bunu tələb edən mədəni fəalları uzunmüddətli həbslərlə cəzalandırır.

İranda yaşayan türklər nəyinki öz dillərində təhsil almaq hüququndan məhrumdur, onlara ölkə üzrə yayımlanan türkcə qəzet və televiziya təsisinə belə icazə verilmir. 

 

 

Ü.F

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdəki tarixi məzarlıq dağıdılır: Sufi şeyxlərinin qəbirləri məhv edilib

2021-05-11

gun az article

"Türkiyə ilə əlaqələrin genişlənməsinə çalışırıq"- Şərqi Azərbaycan valisi

2021-05-11

gun az article

Neft qazma qurğuları Əhvazdan Muğana köçürülür

2021-05-11

gun az article

Güney Azərbaycanda tarixi abidələri sərhəd qoşunları mühafizə edəcək

2021-05-11

gun az article

Şərqi Azərbaycanda universitet məzunlarının 46 faizi işsizdir

2021-05-11

gun az article

Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11

gun az article

Marağada məktəb binaları çatışmır

2021-05-11

gun az article

GünazTV May.03.2021: PARLAQ GƏLƏCƏK: İran’ın Xarici Siyasətindəki Son Durum, İran Rejimi Güney Azərbaycan Qaynaqlarını Talan Edir

2021-05-11

gun az article

Təbrizdə iki məhşur sima koronavirusdan vəfat edib

2021-05-10

gun az article

Şərqi Azərbaycanda yol qəzalarında həlak olanların sayı açıqlandı

2021-05-10

gun az article

Urmuda polis məmurlarının təqib etdiyi şəxs çayda boğulub

2021-05-10

gun az article

Direktordan Urmu gölü ilə bağlı həyəcan təbili

2021-05-10

gun az article

Tufarqanda tarixi əşya qaçaqmalçısı saxlanılıb

2021-05-10

gun az article

Urmuda taksi sürücüləri tətilə başladı

2021-05-10

gun az article

Güney Azərbaycanın Səhənd bölgəsində tarixi əsərlər məhv edilir-VİDEO

2021-05-10

gun az article

İranda yeganə türk mobil operator bağlandı

2021-05-10

gun az article

İran Premyer Liqası: "Traxtur" bir pillə irəlilədi-VİDEO

2021-05-10

gun az article

Tarixi Həsənli təpəsinin 69 əsəri milli əsərlər siyahısına salınıb-FOTOLAR

2021-05-10

gun az article

Təbriz Tibb Elmləri Universiteti dünyanın ən yaxşıları siyahısında

2021-05-10

gun az article

Təbrizdə məsçidin türkcə adı dəyişdirilib

2021-05-09