SON XƏBƏRLƏR

“Urmiyə 90”la Qaşqay türkləri komandasının görüşündə milli şüarlar səsləndirilib – VİDEO

2021.10.20, 07:36
“Urmiyə 90”la Qaşqay türkləri komandasının görüşündə milli şüarlar səsləndirilib – VİDEO

Gunaz.tv

GünAz TV: “Urmiyə 90” futbol komandası ilə Qaşqay türklərinin görüşündə türklərinin birliyini göstərən müxtəlif milli şüarlar səsləndirilib.

 

Birinci dəstə yarışlarının 12-ci həftəsində keçirilən görüş noyabrın 11-i yerli vaxtla saat 15:00-da Urmiyənin Təxti stadionunda baş tutub, oyun 2:1 hesabı ilə Urmiyə komasndasının xeyirinə yekunlaşıb.

 

Oyun zamanı azərbaycanlı tamaşaçılar hər iki komandaya dəstək nümayiş etdirib, bu istiqamətdə bir çox şüarlar səsləndiriblər. Oyun başlamadan əvvəl “Urmiyə 90”-nın oyunçuları ilə birlikdə bir neçə dəqiqə “Türk, Türk” şüarı dilə gətirilib. Bu şüar İranda Azərbaycan türklərinin “azəri” adlandırılmasına etiraz olaraq səsləndirilib.

 

Oyun başladıqdan sonra isə “Yaşasın Azərbaycan”, “Sən çağırsan gələrəm mən, sən yaşa Azərbaycan...”, “Azərbaycan elimdir, Qaşqay sevgilimdir” və s. kimi şüarlar səsləndirilib.

 

Noyabrın 3-də Şirazda bu şəhərin “Fəcr Sepasi” komandası ilə “Urmiyə 90” komandası arasında keçirilən görüşdə isə oxşar şüarlar Qaşqay türkləri tərəfindən dilə gətirilmişdir. Soydaşlarımız “Urmu, Təbriz, Ərdəbil – Bu səs Şirazdan gəlir” şüarını səsləndirərək türklərin bir və müttəhid olduqlarını nümayiş etdiriblər.

 

Qaşqay türklərinin Azərbaycan komandasına dəstək verməsindən qəzəblənən təhlükəsizlik qüvvələri onlara hücum çəkərək bir neçəsini döyüb və bütün komanda tərəfdarlarını zorla stadiondan çölə çıxarmışdır.

 

Son illərdə Qaşqay və Azərbaycan türkləri bütün yarışlarda qarşılıqlı olaraq bir-birlərinin idman komandalarına dəstək verir, bu proses getdikcə genişlənir.

 

Urmiyənin Təxti stadionunda Videolar:

https://www.youtube.com/watch?time_continue=12&v=QPZeiS-Mqfo

 

https://www.youtube.com/watch?time_continue=5&v=Pp3HZXFagxw

 

https://www.youtube.com/watch?time_continue=1&v=4hwwYpcbPbs

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar