SON XƏBƏRLƏR

“Urmiyə 90”-nın oyununda “Qarabağ bizimdir...” şüarı səsləndirilib – VİDEO

2021.10.20, 07:36
“Urmiyə 90”-nın oyununda “Qarabağ bizimdir...” şüarı səsləndirilib – VİDEO

Gunaz.tv

GünAz TV: Martın 9-da Urmiyənin Təxti stadionunda Azərbaycan Respublikası və Dağlıq Qarabağa dəstək verən şüar səsləndirilib.

 

Ölkə klublarının birinci dəstə yarışlarının 27-ci həftəsində “Urmiyə 90” komandası ilə Buşehrin “Şahin” komandası qarşılaşıb. Görüş zamanı “Urmiyə 90” komandasının tərəfdarları gur səslə “Qarabağ bizimdir, bizim olacaq” şüarı səsləndirərək stadionu lərzəyə gətiriblər.

 

https://www.youtube.com/watch?time_continue=9&v=OehvMifU_vc

 

Qeyd edək ki, 1992-ci il 26 fevral tarixində azərbaycanlılar Xocalıda ermənilər tərəfindən soyqırıma məruz qalıb. Bu faciənin 27-ci ildönümündən bir gün sonra Ermənistanın baş naziri Nikol Paşinyan İrana rəsmi səfər edib. O səfər çərçivəsində bu ölkənin prezidenti Həsən Ruhani və dini lideri Əli Xamneyi ilə görüşüb, tərəflər iki ölkə arasında əlaqələrin daha da genişləndirilməsi barədə müzakirələr aparıblar.

 

Nikol Paşinyan Tehranda səfərdə olarkən “Ararat” klubunda erməni icması ilə də görüş keçirib. Görüşdə “Qarabağ Ermənistandır, vəssalam” yazılmış plakat qaldırılıb. İranın Azərbaycanın ərazi bütövlüyünə qarşı plakatın qaldırılmasına imkan tanıması güney azərbaycanlıların geniş etirazına səbəb olub. İranın təhlükəsizlik qüvvələri radikal ermənilərə qarşı tədbir almaq yerinə, bu vəziyyətə etiraz edən 29 azərbaycanlı fəalı qanunsuz olaraq saxlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar