SON XƏBƏRLƏR

Urmiyə Şəhər İcra Hakimiyyəti “Azərbaycan Mədəniyyət Ocağı”nın fəaliyyətini dayandırmağa çalışır

2021.10.20, 07:36
Urmiyə Şəhər İcra Hakimiyyəti “Azərbaycan Mədəniyyət Ocağı”nın fəaliyyətini dayandırmağa çalışır

Gunaz.tv

GünAz TV: Hökumət orqanları Qərbi Azərbaycan Əyalətinin mərkəzi şəhəri Urmiyədə fəaliyyət göstərən tanınmış qeyri-hökumət təşkilatınını hədəfə alıb.

 

Bu barədə etibarlı mənbələrdən məlumat əldə olunub.

 

İnformasiyaya görə, İran rejiminin təhlükəsizlik qüvvələri “Azərbaycan Mədəniyyət Ocağı”nın fəaliyyətini dayandırmaq üçün Urmiyə Şəhər İcra Hakimiyyətinə təzyiq göstərir. Məqsəd Azərbaycanın demokratik hüquqları uğrunda bir sıra mədəni fəalların qanuni şəkildə fəaliyyət göstərdiyi qurumu aradan aparmaqdır.

 

“Azərbaycan Mədəniyyət Ocağı” bir il əvvəl təsis edilib. Təhlükəsizlik qüvvələri bu müddətdə qeyri-hökumət təşkilatına nüfuz etməkdən məyus olublar. Qurum fəaliyyət göstərmək üçün Urmiyə Şəhər İcra Hakimiyyətindən rəsmi lisenziya alıb.

 

“Azərbaycan Mədəniyyət Ocağı” Azərbaycanın kimliyi və mədəniyyətinin qorunub saxlanılması istiqamətində fəaliyyət göstərir. Onun sözçüsü Siyavuş Süleymani və İdarə Heyətinin rəisi Behruz Həsəni Hesardır.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar