SON XƏBƏRLƏR

Urmiyə Şəhər Şurası binasının divarından asılan lövhədə “Urmiyə”nin adı təhrif edilib

2021.10.20, 07:36
Urmiyə Şəhər Şurası binasının divarından asılan lövhədə “Urmiyə”nin adı təhrif edilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycan Televiziyasına göndərilən şəkildə Urmiyə Şəhər Şurası binasının qapısının üzərindəki lövhədə “Urmiyə” şəhərinin tarixi adı təhrif olunub.

 

Şəkildə göründüyü kimi “Urmiyə Şəhər Şurası”nın adı “Urumiyə Şəhər Şurası” kimi yazılıb. Bunun sadəcə bir yalnışlıq deyil, İran rejiminin Azərbaycanın coğrafi adlarını dəyişdirmə planının tərkib hissəsi olduğu kimsəyə gizli deyil.

 

Bundan öncə bir çox höklumət rəsmisi, o cümlədən Qərbi Azərbaycanın keçmiş valisi Qurbanəli Səadət İranın anti-türk siyasətinə müvafiq olaraq “Urmiyə” sözünün təhrif edilərək “Urumiyə” şəkilində yazılması ilə bağlı göstəriş vermişdir, lakin valinin bu göstərişi yerli əhalinin kəskin etirazına səbəb olmuşdur.

 

Dekabrın 11-də Urmiyə Şəhər Şurasının üzvü Murtaza Piri rəsmi Teleqram kanalında baş verən son təhrifə münasibət bildirib. “Bu məsələyə görə Şəhər Şurasının rəisi, həmçinin Rəyasət Heyəti cavab verməlidir. Rəyasət Heyətinin cavabı məntiqli və əsaslandırılmış şəkildə olmalıdır”- deyə o qeyd edib.

 

Güney Azərbaycanda yerli məsullar birbaşa və ya dolayı yolla rejim tərəfindən təyin olunduğu üçün, onların əksəriyyəti rejimin anti-türk siyasətinin icraçılarıdır. Belə məsullar əhali arasında geniş nüfuza malik olmasalar da, davamlı olaraq rejim tərəfindən dəstəklənirlər.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar