SON XƏBƏRLƏR

Urmiyə Şəhər Şurasının üzvü Beynəlxalq Ana Dili Günü münasibəti ilə önəmli post paylaşıb - VİDEO

2021.10.20, 07:36
Urmiyə Şəhər Şurasının üzvü Beynəlxalq Ana Dili Günü münasibəti ilə önəmli post paylaşıb - VİDEO

Gunaz.tv

GünAz TV: Urmiyə Şəhər Şurasının üzvü Dr. Murtaza Piri İnstagram səhifəsində Beynəlxalq Ana Dili Günü münasibəti ilə önəmli post paylaşıb.

 

Şəhər Şurasının üzvü sosial şəbəkədə yerləşdirdiyi postda 21 fevral - Benəlxalq Ana Dili Gününü türk dilində təbrik edib.

 

“Ana dili insanın kimliyini formalaşdırır” deyən Dr. Murtaza Piri Qərbi Azərbaycana göz tikən qüvvələrə yönəlik bildirib ki, “Bura bizim torpağımızdır, naməhrəmlərə meydan oxuyuruq.”

 

O həmçinin tarix və mədəniyyətimizi qoruyacayıq deyə mesaj verib.

 

 

Dr. Murtaza Piri Azərbaycan Milli Hərəkatı fəallarının dəstək verdiyi Şura üzvüdür.  O 5-ci Şura seçkilərində Urmiyədə 45 min səs alaraq Şəhər Şurasına seçilən birinci namizədlərdən olmuşdur.

 

Dr. Murtaza Piri ötən aylarda Urmiyə Şəhər Şurasının lövhəsində yol verilən təhrifə kəskin etiraz edərək Lövhədəki “Urumiyə” sözünün yenidən “Urmiyə” kimi yazılması üçün xüsusi səy göstərmişdir.

 

Bu arada Beynəlxalq Ana Dili Günü ilə əlaqədar Təbrizdə təşkil olunan şeirli və musiqili bir mərasimin videoları yayılıb. Şənlik mərasimində uşaqlar türkcə şeirlər oxuyub və ustad Həsən Dəmirçinin rəhbərlik etdiyi musiqi qrupu “gənclik marşı”-nı ifa edib. Mərasimdə ana dili ilə bağlı çıxışlar da olub.

 

https://www.youtube.com/watch?time_continue=103&v=q4nPrIRdusc

 

https://www.youtube.com/watch?time_continue=57&v=RD1Em9nJqdU

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar