SON XƏBƏRLƏR

Urmiyə Sənaye Universitetinin radikal kürdlər tərəfindən idarə olunduğuna dair fakt...

2021.10.20, 07:36
Urmiyə Sənaye Universitetinin radikal kürdlər tərəfindən idarə olunduğuna dair fakt...

Gunaz.tv

GünAz TV: Gizli qüvvələr Qərbi Azərbaycan Əyaləti və onun mərkəzi şəhəri olan Urmiyanın kürdləşdirilməsi planını müxtəlif formalarda reallaşdırmağa çalışır. 

 

Bu istiqamətdə uzun illərdir ki, kürd terror qruplaşmaları və radikal mühacir kürdlər gizli və açıq şəkildə fəaliyyət göstərir. Onlar qarşılarına qoyduqları məqsədə çatmaq üçün İran rejiminin geniş miqyaslı yardımlarından istifadə edir.

 

Son məlumata görə, Urmiya Sənaye Universitetinin Öyrənmənin İdarəedilməsi Elektron Sisteminin saytında dərc olunan təsvir, bölgənin kürdləşdirilməsi ilə bağlı gedən prosesi hər kəsə yenidən xatırladıb. Aşağıdakı şəkildə göründüyü kimi, sözügedən saytda Urmiya Sənaye Universitetinin loqosu deyil, Kürdistan Universitetinin loqosu dərc olunub.

 

 

Bu təsvir martın 9-da sosial şəbəkələrdə geniş yayılıb. Azərbaycanlı internet istifadəçiləri bu işin heç də təsadüfi olmadığına, bölgədə gedən kürdləşdirmə prosesinin tərkib hissəsi olduğuna inanır.

 

Soydaşlarımızın kəskin etirazı nəticəsində saytda dərc olunan təsvirdə düzəliş edilib, artıq Urmiya Sənaye Universitetinin loqoso səhifənin üstündə görünməyə başlayıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar