SON XƏBƏRLƏR

Urmiyədə bir vəkil qətlə yetirilib

2021.10.20, 07:36
Urmiyədə bir vəkil qətlə yetirilib

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində 45 yaşlı bir vəkil naməlum şəxs və ya şəxslər tərəfindən qətlə yetirilib.

 

Hadisə mayın 24-dən 25-nə keçən gecə baş verib.

 

Yerli mətbuatın yaydığı məlumata görə, Mənsur Mahmudi öz evinin qarşısında bir neçə bıçaq zərbəsi ilə qətlə yetirilib.

 

Urmiyə sakini olan vəkil əslən Qərbi Azərbaycan Əyalətinin Salmas şəhərindəndir.

 

Qərbi Azərbaycanın Vəkillər Kolegiyası baş verən cinayət hadisəsini təsdiqləyərək bu barədə bəyanat yayıb.

 

Bəyanatda vəkillərə edilən istənilən hücum məhkum edilərək baş verən hadisənin dəqiq araşdırılması, qatil və ya qatillərin tapılalaq cəzalandırılması və dosyeyə ən qısa zamanda baxılması tələb olunur.

 

Hələlik baş verən hadisəyə heç bir hökumət rəsmisi  münasibət bildirməyib.

 

İranda ayrı-seçkilik siyasəti ilə üzləşən Azərbaycan ictimaiyyətində ciddi iqtisadi, ictimai və siyasi problemlər yaşanır. Şebhəsiz ki, bütün bunlar insanların fərdi həyatı və onların bir-biri ilə münasibətinə mənfi təsir edir və  cəmiyyətdə qətl, cinayət, intihar və s. kimi hadisələrin artmasına səbəb olur.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar