SON XƏBƏRLƏR

Urmiyədə helikopter qəzası nəticəsində iki nəfər ölüb

2021.10.20, 07:36
Urmiyədə helikopter qəzası nəticəsində iki nəfər ölüb

Gunaz.tv

GünAz TV: Bu gün Qərbi Azərbaycan vilayətinin sərhəd qoşunlarına məxsus helikopterin qəzaya uğraması nəticəsində iki nəfər ölüb.

 

Məlumatlara əsasən, hadisə bu gün səhər saatlarında baş verib. Helikopter əsgərləri daşıyan zaman Urmiyənin Dalampər bölgəsində qəzaya uğrayıb.

 

Hələ ki, hadisənin hansı səbəbdən baş verdiyi məlum deyil.

 

Ə.A

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar