SON XƏBƏRLƏR

Urmiyədə iki gündə iki intihar faktı qeydə alınıb

2021.10.20, 07:36
Urmiyədə iki gündə iki intihar faktı qeydə alınıb

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərində növbəti özünə qəsd faktları qeydə alınıb.

 

Son məlumata görə, noyabrın 14-də hələlik kimliyi məlum olmayan orta yaşlı kişi kimyəvi turşu içərək həyatına son qoyub.

 

Mövzu ilə bağlı Qərbi Azərbaycan Təcili Tibbi Hadisələr Mərkəzinin rəisi Baqir Bəhrami “Fars” xəbər agentliyinə danışıb.

 

“Urmiyəli 45 yaşı kişi Sero caddəsində kimyəvi turşu içərək həyatına son qoyub. Taksi sürücüsü olan orta yaşlı kişi avtomobilin içində intihar edib. Onun meyiti Təcili Tibbi Yardım qrupu tərəfindən xəstəxanaya aparılıb”- deyə o bildirib.

 

Urmiyədə hadisədən bir gün əvvəl, noyabrın 13-də də intihar faktı qeydə alınmışdır. 22 yaşı azərbaycanlı qız “Şeyx Təpə” məhəlləsində özünü bir binanın üstündən ataraq intihar edib.

 

Bir çoxları Güney Azərbaycanda intihar göstəricilərinin yüksək olmasını sosial ədalətsizliklə əlaqədarir. Gənclər arasında özünə qəsd faktlarının artması azərbaycanlı ailələrin nigaranlığına səbəb olub.

 

Ekspertlər fikrinə görə, cəmiyyətdə yaranan ümidsizlik, ailədaxili münaqişələr, narkomaniya (mötadlıq), işsizlik, yoxsulluq və s. kimi problemlər İrandakı intiharların əsas səbəbləridir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar