SON XƏBƏRLƏR

Urmiyədə Milli Qiyamda canını fəda etmiş şəhid Fərzad Əsədpur anılıb – VİDEO / GÖRÜNTÜ

2021.10.20, 07:36
Urmiyədə Milli Qiyamda canını fəda etmiş şəhid Fərzad Əsədpur anılıb –  VİDEO / GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Urmiyədə azərbaycanlı milli-mədəni fəal şəhid Fərzad Əsədpur Azərbaycan Milli Hərəkatının fəalları tərəfindən anılıb.

 

Şəhidin məzarı başına toplaşan fəallar onun valdeynlərinin evinə gedərək bütün ailə üzvləri ilə də görüşüblər.

 

Fəallar mərasim zamanı şəhidin ruhuna dualar oxuyub, ana dilimizdə şeirlər səsləndiriblər. Onlar birlikdə Azərbaycanın milli marşını da səsləndiriblər.

 

Mərasim zamanı şəhidin şəkilinin əks olunduğu plakat da nümayiş etdirilib.

 

F.Əsədpur 2006-cı il may hadisələri (Milli Qiyam) zamanı canını vətən üçün fəda etmiş onlarla şəhiddən biridir.

 

Mərasimdən çəkilən video və  görüntülər GünAz TV-yə göndərilib.

 

https://www.youtube.com/watch?time_continue=315&v=wiiHDUKoGhU

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar