Urmiyədə şiddətli böyrək ağrısından xəstəxanaya üz tutan işçi uşaq içəri buraxılmayıb! - VİDEO

26.01.2018, 12:50

GünAz TV-nin mətbuat mərkəzinə İranın rəsmi orqanlarında kimsəsiz yoxsul uşaqlara acınacaqlı münasibəti əks etdirən video göndərilib.

 

Videonun Urmiyənin “Seyid-ol Şohəda” xəstəxanasına aid olduğu bildirilir.

 

Məlumata görə, yoxsulluqdan küçələrdə səyyar satıcı kimi işləyən bir azyaşlı uşaq şiddətli böyrək ağrısından  əlindəki karton qutusu ilə xəstəxanaya gedib, lakin xəstəxananın qapısı onun üzünə açılmayıb. Qapıda dayanan nəzarətçilər uşağın pulu olmadığı üçün onu içəri buraxmayıb, o xəstə vəziyyətdə qapının önündə oturub.

 

Bu acınacaqlı vəziyyəti görən bir çox sosial şəbəkə istifadəçiləri yerli Urmiyə əhalisini həmin uşağı tapmağa, ona yardım göstərməyə çağırıblar.

 

İranda, xüsusi ilə də mərkəzdən uzaq şəhərlərdə iqtisadi vəziyyətin günü-gündən gərginləşməsi nəticəsində ailələr övladlarını oxutdura bilmir, uşaqların əksəriyyəti kiçik  yaşlarında az məbləğ qarşılığında ağır işlərə cəlb olunur. Onların bəziləri iş yerində baş verən müxtəlif hadisələrdən həlak olur vəya uşaq yaşlarında ömürlük şikəst olurlar.

 

Video:

https://www.youtube.com/watch?time_continue=7&v=RGohD9Eybug

 

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Tikantəpədə tarixi abidə məhv olmaq üzrədir-FOTO

2022-07-02

gun az article

Ərdəbildə Babək qurultayı ilə bağlı aksiya keçirilib

2022-07-02

gun az article

Güneydə çəkilmiş türkçə "Dilmanc" filmi Amerikanın “Klermont” film festivalına qatılıb

2022-07-02

gun az article

Milli-mədəni fəal Abdullah Səduqi həbs cəzasına məhkum edilib

2022-07-02

gun az article

Həmədanda 60 heyvan və bitki növünün nəsli kəsilmək üzrədir

2022-07-02

gun az article

Şərqi Azərbaycanda 16 nəfər dəm qazından zəhərlənərək ölüb

2022-07-02

gun az article

“Körpü” proqramında müzakirə: “Güney Azərbaycan Milli Hərəkatı və məsələlər”-VİDEO

2022-07-02

gun az article

43 il həbsə məhkum edilən ərdəbilli məhbusun durumu ağırlaşıb

2022-07-02

gun az article

Bəzz qalasında milli mərasimlər keçirilir-VİDEO

2022-07-01

gun az article

Təbrizdə Urmu gölü ilə bağlı aksiya keçirilib

2022-07-01

gun az article

Şərqi Azərbaycanda iqlim dəyişikliyi-Yağıntılar 43 mm azalıb

2022-07-01

gun az article

Kəleybərə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

2022-07-01

gun az article

Ərdəbildə mühüm tikinti layihələri yarımçıq qalıb: Büdcə ayrılmır

2022-07-01

gun az article

Təbriz metrosunda yeni stansiyaların tikintisi yarımçıq qalıb

2022-07-01

gun az article

Güneyli idmançılar Cənubi Koreyada iki medal qazanıb

2022-07-01

gun az article

Həmədanda vacib layihə 18 ildir yarımçıq qalıb

2022-07-01

gun az article

Xalxalda narkomaniya geniş yayılıb

2022-07-01

gun az article

Şərqi Azərbaycan və Tatarıstan arasında əlaqələr genişlənir

2022-07-01

gun az article

Ərdəbilin yüzlərlə kəndində su çatışmazlığı var

2022-07-01

gun az article

Bəzz yürüşünə hazırlaşan milli fəallara təzyiq edilir

2022-07-01