Urmiyədə yaşayan türk siyasi məhbus Hamid Qaraoğlani edam cəzasına məhkum edildi!

2020-12-01 17:18

Bu gün, 1 dekabr 2020-ci il çərşənbə axşamı, İran rejiminin Urmudakı(Urmiya) İnqilab Məhkəməsinin 2 saylı şöbəsi, bu şəhərdə həbsdə olan türk siyasi məhbus Hamid Qaraoğlanini həbsdən əlavə ölüm cəzasınada məhkum etdi.

Gunaz.tv Quote | Gunaz article

Günaz TV-nin Güney Azərbaycandakı insan haqları fəallarının açıqlamalarına istinadən aldığı məlumata görə, 30 dekabr 2020-ci il bazar ertəsi günü Hamid Qaraoğlani - 1986-cı il təvəllüdlü – Urmu sakini - Beheşti Universitetinin kompüter memarlığı məzunu və Urmiya mərkəzi həbsxanasının 3-cü bölməsində tutulan türk siyasi məhbus cinayət prosessual məcəlləsinin 302-ci maddəsinə əsasən İsrail və ABŞ-la təmaslar yolu ilə milli təhlükəsizliyiyə qarşı hərəkət etmək, xarici mediya ilə əlaqə qurmaq, rəhbərliyi təhqir etmək və Qasım Süleimaninin fotosunu cırmaq kimi ittihamlarla 13 il üç ay həbs cəzası çəkməklə yanaşı, İnqilab Məhkəməsinin Urmudakı 2 saylı şöbəsində hakimin "silahlı mübarizə" ittihamı ilə ölüm cəzasına məhkum edildi.

 

Bu siyasi məhbusun bacısı Haniyə Qaraoğlaninin dediyinə görə, “Hamid Qaraoğlani, dinlənildikdən sonra Urmu İnqilab Məhkəməsinin 2 saylı şöbəsi tərəfindən cəzalandırıldı. Bu hökmdə, qardaşım Urmu İnqilab Məhkəməsinin 2-ci şöbəsinin iki hakimi tərəfindən 13 il 3 ay həbs cəzasına məhkum edildi. Milli təhlükəsizliyə qarşı hərəkət etdiyi ittihamı ilə isə edama məhkum edildi. "Qərar çıxarıldıqdan sonra 20 gün ərzində apellyasiya şikayəti verilə biləcəyi bildirildi."

 

Hamid Qaraoğlani 27 iyun 2020-cı il tarixində Urmu Kəşfiyyat Xidməti tərəfindən “İrandakı müxalifət təşkilatları ilə əlaqədə olmaq, rəhbərliyi təhqir etmək və rejimə qarşı təbliat” ittihamı ilə həbs edilib. O, təhlükəsizlik orqanının təcridxanasına aparılaraq sorğu-sual edildikdən sonra 16 iyul 2020-cı il tarixində karantin şöbəsinə, oradan isə Urmu Mərkəzi Həbsxanasının 3-cü palatasına köçürülmüşdür.

 

28 sentyabr 2020-cı il tarixli məhkəmədə ilə Urmiya İnqilab Məhkəməsinin 2 saylı şöbəsi onu “"ABŞ-İsrail" düşmən ölkələrinə casusluqda, xarici KİV-lərlə əlaqədə, rəhbərliyi təhqir etməkdə, Qasım Süleimaninin şəklini cırılmaq” və digər ittihamlarla günahlandırdı. Məhkəmədə hakimlik edən hakimlərdən biri Əli Şeyxlu adlı şəxs olub.

 

Hamed Qaraoğlani, dindirmə zamanı vəkil və digər hüquqlarından istifadə etmək haqqından məhrum olub.1 sentyabr 2020-cı il tarixində Urmu Mərkəzi Həbsxanasına köçürülməsindən təxminən iki ay sonra onda koronovirus simptomları müşahidə olunsada heç bir həkim yardımından istifadə etməsinə imkan verilməyib.

 

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Şərqi Azərbaycanın Miyana bölgəsində zəlzələ baş verib

2021-01-17

gun az article

Heyran gədiyində meşə yanğını davam edir+video

2021-01-17

gun az article

Bu gün axşam azərbaycanlı siyasi dustaq Yusif kariyə dəstək üçün Twitter fırtınası başladılacaq

2021-01-17

gun az article

İran Daxili İşlər Nazirliyi qeyri-fars yazılarla bağlı sərəncam yayıb

2021-01-17

gun az article

Ərdəbildə siyasi məhbusa dəstək: siyasi məhbus aclıq aksiyası keçirir

2021-01-17

gun az article

GünazTV Jan.16.2021 : Azərbaycan Prezidentinin Şuşa şəhərindən detallar.

2021-01-16

gun az article

Güney Azərbaycanın bir sıra bölgələrində kaneks məktəbləri külək üçürüb+video

2021-01-16

gun az article

Qəzvində azərbaycanlı məhbus edam edilib

2021-01-16

gun az article

Bələdiyyə başçısının həbsindən sonra Urmu şəhərinin fərmandarı işdən çıxarıldı

2021-01-16

gun az article

14 il həbsə məhkum edilən azərbaycanlı məhbus: Kəşfiyyat idarəsi İranın məhkəmə sistemini girov götürüb+səs

2021-01-16

gun az article

Edama məhkum edilmiş azərbaycanlı alimin anası oğlunun günahsız olduğunu deyir

2021-01-16

gun az article

Milli fəal quru aclıq aksiyası keçirəcəyini deyib

2021-01-16

gun az article

GünazTV Jan.15.2021-Azadlıq səsi: Güney Azərbaycanın durumu

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Körpü: Moskvada Üçlü Görüş və Qarabağın Gələcəyi, Qarabağ Savaşının Güney Azərbaycanlı Məhkumları

2021-01-16

gun az article

GünazTV Jan.15.2021: Paylaşım programı, 22-ci Bölüm.

2021-01-15

gun az article

Marağada iki azərbaycanlı fəalla qarşı cinayət işi açılıb

2021-01-15

gun az article

Human Rights Watch Güney Azərbaycan milli fəallarına qarşı basqıları pisləyib

2021-01-15

gun az article

Qızıl mədənləri yanında içməli suyu olmayan Azərbaycan kəndləri

2021-01-15

gun az article

Beynəlxalq Əfv Təşkilatı azərbaycanlı alim barədə bəyanat yayıb

2021-01-15

gun az article

Təbriz və Ərdəbil həbsxanalarında 3 nəfər edam edilib

2021-01-15