SON XƏBƏRLƏR

Urmiyəli öyrəncilər universitetin ödənişli ali təhsil müəssisəsinə çevrilməsinə etiraz ediblər – GÖRÜNTÜ

2021.10.20, 07:36
Urmiyəli öyrəncilər universitetin ödənişli ali təhsil müəssisəsinə çevrilməsinə etiraz ediblər – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Urmiyə universitetində yüksək lisans üzrə təhsil alan bir qrup öyrənci universitetdə yaşanan bir sıra problemlər, xüsusi ilə də müxtəlif bəhanələrlə öyrəncilərdən tələb olunan pula görə etiraz yığıncağı  keçiriblər.

 

Yığıncaq fevralın 14-də universitet rektorunun kabineti qarşısında keçirilib.

 

Etirazçılar üzərində “Öyrəncinin pulu, məsulların isə problemi yoxdur, “Universitetlərin ödənişli olmasına YOX” və s. kimi şüarlar yazılmış plakatlar qaldırıblar.

 

 

Öyrəncilər bildirib ki, dövlət universitetlərində müəyyən dəyişikliklər edilir və tədricən ödənişli ali təhsil sisteminə çevrilir.

 

Öyrəncilər dövlət universitetlərini pul müəssisəsinə bənzətməkdən də çəkinməyiblər.

 

Bundan öncə eyni problemlə əlaqədar Tərbiyyət Müdərris və Urmiyənin Texnologiya Universitetində etiraz yığıncaqları keçirilmişdir.

 

Son vaxtlar İranda Elm, Təhqiqat və Texnologiyalar Nazirliyi universitetlərə ayrılan büdcə kəsri ilə əlaqədar ali təhsil müəssisələrində bir çox qanunları dəyişib və çox sayda universitetin özəlləşdirildiyini elan edib. Bu səbəbdən dövlət universitetlərinə qəbul olunan öyrəncilərin sayı kəskin düşüb və əksər öyrəncilər ödənişli ali təhsil müəssisələrində təhsil alır.

 

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar