SON XƏBƏRLƏR

Urmiyəli soydaşımız bəhai olduğuna görə təhsilini davam etdirməkdən məhrum edilib

2021.10.20, 07:36
Urmiyəli soydaşımız bəhai olduğuna görə təhsilini davam etdirməkdən məhrum edilib

Gunaz.tv

GünAz TV: Urmiyəli öyrənci soydaşımız Misaq Əğsaniyə bəhai olduğuna görə yüksək lisans diplomu verilmir, o universitetdə təhsilini davam etdirmək hüququndan da məhrum edilib.

 

Urmiyə “Pəyam Nur” universitetində magistratura pilləsində təhsil alan soydaşımızın qarşısına qoyulan manelər bəhai təriqətinə mənsub olduğu ilə bağlıdır.

 

Bu barədə etibarlı bir mənbə “Herana” xəbər agentliyinə danışıb.

“Miysaq Əğsaninin təhsil və diplomdan məhrum edilməsi o halda baş verib ki, onun atası Fərdin İran-İraq müharibəsində əsir düşüb və yaralanıb.”

 

Mənbə əlavə edib ki, “Miysaqın atası Fərdin və 83 yaşlı babası Fridunun mağazaları ikinci dəfə olaraq 14 aydır ki, təhlükəsizlik qüvvələri tərəfindən möhürlənib. Onlar məcburiyyət qarşısında qışın soyuğu və yayın istisində möhürlənmiş mağazalarının önündə məşğul olurlar.”

 

Bundan əvvəl Urmiyədə Fərdin Əğsani və daha 21 bəhainin iş yerlərinin möhürləndiyinə dair xəbər yayılmışdır.

 

Ötən həftələrdə daha bir neçə bəhai öyrənci inanclarına görə İran universitetlərindən qovulub.

 

Keçən günlərdə universitetlərə qəbul imtahanının nəticəsi açıqlandığı zaman bir çox bəhai gəncin universitetə qəbul olunmayacağı barədə xəbər yayılıb.

 

Bəhai sektası XIX əsrin ortalarında İranda yaradılıb. Sektanın əsas şüarı - "Allahın, dinin və insanlığın birliyi"dir. İran bu təriqətə qarşı hər zaman aqressiv yanaşıb və onu rəsmiyyətə tanımaqdan imtina edir. İranda islam cümhuriyyəti dövründə çox sayda bəhai qondarma ittihamlarla edam olunub. Onların dövlət orqanları və rəsmi qurumlarda işə götürülməsi, həmçinin maneəsiz və sərbəst təhsil alması mümkün deyil. Bəhailər dini ayinlərini həyata keçirmədə də qadağa ilə üzləşir. Şebhəsiz ki, bütün bunlar beynəlxalq hüquq və insan haqları ilə ziddiyyət təşkil edir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar