Urmiyənin millət vəkili Azərbaycan türkcəsində milli telekanalın yaradılmasını tələb etdi - VİDEO

2017-02-15 23:12

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili ana dilin tədris edilməsi, Azərbaycan türkcəsində milli telekanalın yaradılması, Qərbi Azərbaycan vilayətinin iqtisadi problemləri və Urmu gölü böhranı ilə bağlı parlamentdə çıxış edib. 

 

Hadi Bahaduri bu barədə fevralın 15-də parlamentin açıq iclasında danışıb.

 

“Rzaxan və oğlu 57 il ərzində bu ölkənin tarixi, dini və etnik kimliyinin məhv edilməsi üçün əllərindən gələni etdilər. “Kəşf-i hicab”, tarixin saxtalaşdırılması, ana dildə təhsilin qadağan edilməsi və Azərbaycanda coğrafi adların dəyişdirilməsi Pəhləvi rejiminin əsas mədəni siyasətini təşkil edirdi. Biz Azərbaycan əhalisi kimlik və mədəniyyətimizi təhqir edənlərin ən sərt şəkildə cəzalandırılmasını istəyirik və bundan sonra qeyrətli Azərbaycan əhalisinin təhqir edilməsinə heç bir şəkildə icazə verməyəcəyik. Biz Konstitusiyanın (Anayasa) 15 və 19-cu maddələrinin icrası və türk dilinin tədris olunmasını tələb edir, ölkə prezidentindən hüquqlarımızın təmin edilməsini gözləyirik”- deyə o bildirib.

 

Azərbaycanın milli geyimi ilə tribunaya çıxan millət vəkili parlamentin diqqətini etniklərin hüquqlarına yönəldib. “Bu gün Azərbaycan əhalisinin nümayəndəsi kimi, ənənəvi geyimlə qarşınıza çıxmışam. Mən bununla göstərmək istədim ki, İslam Cümhuriyyəti Pəhləvi rejiminin irqçi siyasətinə son qoyub və ölkədə yaşayan etniklərin hüquqlarını tanıyır”- deyə millət vəkili qeyd edib.

 

Bundan əlavə, H.Bahaduri İran Teleradio Şirkətindən Azərbaycan türkcəsində milli telekanalın yaradılmasına şərait yaratmağı da təkidlə tələb edib.

 

“Qərbi Azərbaycan vilayəti ticarət əlaqələri və mədən sahəsində böyük potensiala malikdir, lakin bölgə iqtisadi tənəzzül və ciddi işsizlik problemindən əziyyət çəkir. Məsələn adambaşına düşən gəlir göstəricisinə görə Qərbi Azərbaycan ölkənin orta hesabından 40 faiz aşağıdadır. Əhali artıq rüşvətxorluq, ayrı-seçkilik, oğurluq və korrupsiyaya son qoyulmasını istəyir. Bu, bölgələrin vəziyyətinin yaxşılaşması üçün vacib məsələdir. Urmu gölü böhranı isə getdikcə dərinləşir, bu istiqamətdə də ciddi addımlar atılmalıdır. Biz həm gölü və həm də kənd təsərrüfatını istəyirik”- deyə H.Bahaduri çıxışının sonunda əlavə edib.

 

Millət vəkili çıxışını Azərbaycanın böyük şairi Səməd Vurğunun məşhur şeiri ilə bitirib:

El bilir ki, sən mənimsən,

Yurdum, yuvam, məskənimsən,

Anam doğma vətənimsən!

Ayrılarmı könül candan?

Azərbaycan, Azərbaycan!

 

VİDEO:

https://www.youtube.com/watch?v=bI7SBD3bby8

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

GünazTV Oct.22.2020 : “Paşinyan müharibə istəyir. Bu halda rəsmi Bakının addımları nə olacaq?”

2020-10-22

gun az article

Son etirazlarda tutulan 66 fəalın adı məlum olub

2020-10-22

gun az article

Milli fəal Əli Əzizinin məhkəmə iclası keçirilib

2020-10-22

gun az article

Xanım Həkimə Əhmədi mülki vəsiqə qərarına rəğmən, məhkəmədən Təbriz zindanına aparılıb

2020-10-22

gun az article

Bir qrup milli fəal müvəqqəti azadlığa buraxılan Səccad Colani ilə görüşüb

2020-10-22

gun az article

Milli fəallar Təbriz həbsxanasında aclıq aksiyasına başlayıblar

2020-10-22

gun az article

İranın Ermənistana dəstəyinə qarşı keçirilmiş etirazlarda tutulan xanımlardan bəzilərinin adları məlum olub

2020-10-22

gun az article

GünazTV Oct.21.2020: Qarabağ davası Dünya mediasında, İrançılar nədən ermənilərə dəstək verirlər

2020-10-22

gun az article

GünazTV Oct.21.2020 : “Azərbaycanın şanlı ordusu 27 il sonra Zəngilanı işğaldan azad etdi!”

2020-10-21

gun az article

Milli fəal Vəhid Bəyzadə həbs edilib

2020-10-21

gun az article

13 milli fəal Təbrizin İnqilab məhkəməsinə çağırılıb

2020-10-21

gun az article

Təbriz etirazında tutulan milli fəal Həmid Məhəmmədtağızadə zindana köçürülüb

2020-10-21

gun az article

Milli fəal Zeynal Tənhayi müvəqqəti azadlığa buraxılıb

2020-10-21

gun az article

Ciral parkında tutulan fəallar Ərdəbilin Mərkəzi həbsxanasının müvəqqəti saxlama təcridxanasına köçürülüblər

2020-10-21

gun az article

Məsullar Təbrizdə son etirazlarda tutulmuş xanımlarla bağlı məlumat vermirlər

2020-10-21

gun az article

Ceyhun Bayramov Moskvaya gedib

2020-10-21

gun az article

Doktor Maşallah Rəzmi Qarabağla bağlı Kanadanın "Pəyam Radiosu"na müsahibə verib

2020-10-21

gun az article

Milli fəallar Vudud Əsədi və Məhəmməd Eyni həbs edilib

2020-10-21

gun az article

GünazTV Oct.20.2020-Özümüz: Əhməd Şah Dönəmi

2020-10-21

gun az article

GünazTV Oct.20.2020 -GÜNDƏM MASASI: Azərbaycana qarşı İran və Ermənistanın düşmənçiliyi

2020-10-21