SON XƏBƏRLƏR

Urmiyənin millət vəkili İranda türk dilində telekanal yaradılmasını tələb edib – VİDEO

2021.10.20, 07:36
Urmiyənin millət vəkili İranda türk dilində telekanal yaradılmasını tələb edib – VİDEO

Gunaz.tv

GünAz TV: Urmiyənin İran parlamentindəki millət vəkili Hadi Bahaduri İranda türk dilində telekanalın yaradılması və Ciloluq faciəsində qətlə yetirilənlərin xatirisinə rəsmi  anım gününün təyin olunmasını tələb edib.

 

O bu barədə mayın 30-da parlamentdəki çıxışında danışıb.

 

H.Bahaduri İran Teleradio Şirkəti Əli Əskəriyə xitabən bildirib ki, “İranda ölkənin 40 faiz əhalisinin dilində, daha dəqiq desək türk dilində bir telekanal yaradılmalıdır. Biz sizdən bunu gözləyirik.”

 

https://www.youtube.com/watch?time_continue=7&v=4Jgc375r1wA

 

“Hər zaman Qərbi Azərbaycana daxili və xarici düşmənlər göz tikib, onu hücuma məruz qoyublar. Lakin Həsənilər və Bakirilər kimi insanların sayəsində onlara layiqli cavab verilib, buna baxmayaraq bölgə əhalisinə dəhşətli ziyan dəyib. Bu günlərdə Ciloluq faciəsinin 100-cü ildönümünü yaşayırıq. İranın tarixi xarici düşmənlərinin yardımı ilə Urmiyə, Salmas və Xoy şəhərlərində dəhşətli soyqırım törədilib. Bu faciə nəticəsində Urmiyədə 40 min insan qətlə yetirilib. Ona görə də hesab eliyirəm ki, Ciloluq faciəsində qətlə yetirilənlərin xatirəsinə anım günü təyin olunmalı və bu gün ölkənin rəsmi təqviminə daxil edilməlidir”- deyə millət vəkili əlavə edib.

 

Urmiyənin digər millət vəkili Nadir Qazipur da mayın 29-da parlamentdəki çıxışında İranda 40 milyon türk üçün bir telekanalın yaradılması və türk dili və ədəbiyyatı mədəniyyət evinin təsis edilməsini tələb etmişdir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar