SON XƏBƏRLƏR

Urmiyənin millət vəkili stadionda Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini oxuyub – VİDEO

2021.10.20, 07:36
Urmiyənin millət vəkili stadionda Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini oxuyub – VİDEO

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentdəki millət vəkili Hadi Bahaduri Tehranın Azadi stadionunda “Urmiyə 90” komandasının tərəfdarları ilə birlikdə Səməd Vurğunun məşhur “Azərbaycan” şeirini oxuyub.

 

İran kuboku çərçivəsində keçirilən “Urmiyə 90” və “Perspolis” görüşü oktyabrın 18-i Təbriz vaxtı ilə saat 18:00-da keçirilib və 1:0 hesabı ilə ev sahibinin xeyirinə yekunlaşıb.

 

Məlumata görə, “Azərbaycan” şeirini oxuyan millət vəkili Urmiyə komandasının digər tərəfdarlarını da bu şeiri oxumağa təşviq edib.

 

Millət vəkili bundan əvvəl Azərbaycanın milli geyimi ilə İran parlamentinə daxil olub.

 

Hadi Bahaduri bu günədək parlamentdəki çıxışlarında, həmçinin kütləvi informasiya vasitələrində İranda türklərin ana dilində təhsil tələbini dəfələrlə gündəmə gətirib.

 

https://www.youtube.com/watch?time_continue=22&v=b7zqPYj7K8I

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar