SON XƏBƏRLƏR

Urmiyənin “Şəhrdari” voleybol komandasının baş məşqçisi istefa verdi – Səbəb?

2021.10.20, 07:36
Urmiyənin “Şəhrdari” voleybol komandasının baş məşqçisi istefa verdi – Səbəb?

Gunaz.tv

GünAz TV: Urmiyənin “Şəhrdari” voleybol komandasının baş məşqçisi Sasan Xudapərəst komandasına edilən ayrı-seçkiliklərə etiraz olaraq istefa verdiyini açıqlayıb.

 

O bu barədə jurnalistlərlə danışığında məlumat verib.

 

“Liqa yarışlarının əvvəlindən komandanın problemləri haqda sükut etdiyimə görə çoxları məni təqsirkar kimi gördülər. Elə ona görə də öz vəzifəmdən istefa verməyə qərar verdim”- deyə o açıqlayıb.

 

Bütün urmiyəli voleybol tərəfdarlarına öz təşəkkürünü bildirən S.Xudapərəst tutduğu vəzifədən istefa verməsinə baxmayaraq bu şəhərin voleyboluna hər zaman qulluq etməyə hazır olduğunu bildirib.

 

“Mən bəri başdan dedim ki, istədiyimiz nəticəni əldə etmək üçün güclü əməkdaşlıq və birliyə ehtiyac var. Lakin kimsə bu sözə fikir vermədi və komanda günü-gündən zəifləyərək bugünkü vəziyyətə çatdı,  gözlədiyimiz nəticə də əldə olunmadı. Əslində mənim komandadan getməyim, problemlərin baş məşqçi vəya texniki səbəblərlə əlaqədar olduğunu göstərməlidir. Bütün hallarda yeni baş məşqçi və komandaya uğurlar arzulayıram”- deyə S.Xudapərəst bildirib.

 

Noyabrın 29-da Urmiyənin Qədir stadionunda bu şəhərin “Şəhrdari” voleybol komandası ilə Tehranın “Peykan” takımı arasında keçirilən görüş hakimin “Şəhrdari”yə qarşı qərəzli qərarı ilə əlaqədar yarımçıq buraxılmışdır.

 

Oyundan sonra baş məşqçisi S.Xudapərəst baş verən hadisəni “Təsnim” xəbər agentliyinə belə şərh etmişdir:

“Bu məsələdə biz təmami ilə haqlıyıq. Biz hakimin səhvinə görə meydanı tərk etmədik. Ona görə ki, hakimin səhvi də oyunun tərkib hissəsidir və hər an baş verə bilər. Bu oyunda voleybolun qanunu pozulub. Biz məhz qanunun pozulmasına etiraz etdik. Rəqib komandanın meydanında 7 oyunçu olub, bu voleybol qaydalarına ziddir. “Peykan” komandasının 7 oyunçusunu görən köməkçi hakim, ilk öncə bizim xeyirimizə qərar verdi. Əsas hakim isə onu təsdiqlədi. Lakin rəqib komanda buna etiraz etdikdən sonra hakim gözlənilməz şəkildə rəyini dəyişdi. Bu bizim bir xal (imtiyaz) itirməyimizə səbəb oldu, bununla heç bir şəkildə razılaşa bilmərik.”

 

Urmiyə uzun illərdir İranın əsas voleybol qütblərindən biri sayılır. Meydanlarda bir çox uğurlara imza atan Urmiyənin “Şəhrdari” komandası bu il super liqa yarışlarında olduqca zəif çıxış etdi. Son vaxtlar bu komandanın görüşlərində milli şüarlar səsləndirən gənclərin sayı xeyli artdığı üçün,  klub rejimin diqqətini çəkməyə başladı. Bundan sonra “Şəhrdari” klubu hakimlərin qərəzli rəyləri və digər problemlərlə üz-üzə qaldı.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar