SON XƏBƏRLƏR

Urmiyənin “Şəhrdari” voleybol komandasının ləğvi ilə bağlı qərar rədd edilib

2021.10.20, 07:36
Urmiyənin “Şəhrdari” voleybol komandasının ləğvi ilə bağlı qərar rədd edilib

Gunaz.tv

GünAz TV: Urmiyə Şəhər İcra Hakimiyyəti, Şəhər Şurasının “Şəhrdari” voleybol komandasının ləğvi ilə bağlı qərarını rədd edib.


Bu barədə Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipur “Fars” xəbər agentliyinin müxbiri ilə danışığında məlumat verib.


“Şəhər Şurası and içib ki, Urmiyə voleybolunun belini qırsın! Bu çox təəssüfverici haldır. Xoşbəxtlikdən Şuranın “Şəhrdari” komandasının ləğvi ilə bağlı qərarı Şəhər İcra Hakimiyyəti tərəfindən rədd edilib”- deyə o bildirib.


Millər vəkili sözlərinin davamında qeyd edib ki, “Urmiyənin bələdiyyə başqanı bayrama qədər “Şəhrdari” komandasının ləğv olunmasına icazə verməyəcəyini bildirmişdir. Bu açıqlamanın üstündən 10 gün keçməmiş Şura üzvləri komandanın ləğvi barədə qərar çıxardı. Bu məsələ Şəhər Şurasının bələdiyyə başqanına nə qədər dəyər verdiyini də göstərmiş oldu.”


“Mən voleybolu sevirəm və bu idmanın tərəfdariyam. Bundan əvvəl isə verilən qərarın Şəhər İcra Hakimiyyəti tərəfindən rədd ediləcəyi barədə açıqlama vermişdim”- deyə Nadir Qazipur əlavə edib.


Ötən günlərdə Urmiyənin Şəhər Şurası bu şəhərin “Şəhrdari” voleybol komandasının ləğvi ilə bağlı qərar çıxarıb. Şuranın Azərbaycana qarşı yönələn qərarı azərbaycanlı milli-mədəni fəallar və bəzi yerli məsulların kəskin etirazı ilə qarşılanıb.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar