“Urmu Birlik səsi” qrupu Şəhər Şurası seçkiləri üçün vahid namizədlər siyahısı tərtib edib

2021-06-14 13:35

Güney Azərbaycanlı milli fəalların yaratdığı “Urmu Birlik səsi” qrupu Urmu Şəhər Şurasına keçiriləcək seçkilərinə münasibət bildirib. 

Gunaz.tv Quote | Gunaz article

"Düşmənlərin torpağımıza göz dikməsinin, bütün imkanlardan istifadə edərək saxtakarlıqla torpağımızın bir hissəsini özlərinin uydurma xəritələrinə birləşdirmək cəhdlərinin şahidi oluruq.

Sevinclə bildiririk ki, bu gün Urmu şəhərində Azərbaycanla bağlı müxtəlif baxışlara malik insanlar milli kimlik və torpaq məsələsində bir çətirin- vətən adının altında birləşiblər. Onlar düşmən fitnələrini zərərsizləşdirərək Azərbaycan milli hərəkatına yeni nəfəs verəcək və bu qalibiyyətin ləzzətini iki qat artıracaqlar"-qrupun yaydığı bəyanatda deyilir.

Qurp üzvləri şəhər şuralarına keçiriləcək seçkilərdə vahid mövqedən çıxış etməyi zəruri sayıblar:

"Biz Urmunun bir qrup mədəni fəalı olaraq hazırkı dönəmin həssaslığını, Azərbaycan xalqının uzun müddətli mənafeyini nəzərə nəzərə alaraq, cəmiyyətin müxtəlif qrupları arasında birlik və anlaşma yaradaraq şəhər şurası seçkilərinə namizədlərdən ibarət vahid siyahının hazırlanmasına qərar vermişik.


Bu gün Azərbaycanın qərb bölgəsində çağrılmamış qonaqlar qarşısında torpağımızı qorumaq hər şeydən vacibdir".

Qrup kürd təşkilatlarının fəaliyyətinin ciddi narahatlıq doğurduğunu bəyan edib: 

"Bu gün Urmu, Sulduz, Tikantəpə və Sayınqala əhalisinin hər biri “Komelə”, “Demokrat”, “Pejak” və s. silahlı qruplaşmalarına bağlı terrorçuların pis niyyətlərlə Azərbaycan torpağını hədəf aldıqlarını anlayır. Onlar bu coğrafiyanı yalan və hiylə vasitəsilə beynəlxalq aləmdə özlərininki kimi qələmə vermək istəyirlər.

Gəlin Şəhər Şurası seçkilərində bu torpağın düşmənlərinə Azərbaycana qarşı torpaq iddiaları irəli sürdükləri təqdirdə lazimi cavabı verəcəyimizi göstərək.


Önəmli olan Azərbaycan kimliyi və torpağıdır. 
Bu dövrdə, siyasi düşüncədən asılı olmayan bir taktika olaraq, türk dilinə, mədəni və kimliyinə bağlı olan insanları bələdiyyə məclisinə göndərmək prioritetdir.  
#Urmu_Birlik_səsi#vahid_siyahı".

Qeyd edək ki, “Urmu Birlik səsi” qrupu Urmu Şəhər Şurasına keçiriləcək seçkiləri üçün siyahı tərtib edib. Vahid namizədlər siyahısı bu tərkibdədir:


Gülşən Novruzi 
Mürtəza Mənafi 
Tumac Vəhid Əfşar 
Əli Mustafazadə 
Rəsul Əsğərzadə 
Murtəza Bəhram 
Mürtəza Piri 
Nağı Kərimi 
Əhəd Yusifi 
Məhəmməd Xəlilpur 
Hüseyn Pənahi.

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30