SON XƏBƏRLƏR

Urmu gölü iki hissəyə bölünür

2021.10.20, 07:36
Urmu gölü iki hissəyə bölünür

Gunaz.tv

GünAz TV: Urmu Gölünü Canlandırma Mərkəzinin hal-hazırdakı planına görə Urmu gölünün cənub hissəsinə su çatdırılmayacaq.

 

Uzun müddət gizlədilən plan Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri tərəfindən açıqlanıb.

 

O mövzu ilə bağlı suala keçirilən bir mətbuat konfransında cavab verib:

“Urmu Gölünü Canlandırma Mərkəzi hal-hazırda gölün cənub hissəsinə su axıtmağı planlaşdırmır. Qeyd etmək lazımdır ki, gölə 14 milyard kubmetr su daxil olsa belə yenə də onun bəzi yerləri, o cümlədən cənub hissəsinin bir çox yeri susuz qalacaq, o nöqtələrə su çatmayacaq.”

 

Urmu gölünün normal tutumu 31 milyard kubmetrdən ibarət olduğu halda Urmu Gölünü Canlandırma Mərkəzi göldə suyun həcmini 14 milyard kubmetrə çatdırmağı planlaşdırır. Təəssüflər olsun ki, keçmişdəki təcrübələrə görə hətta bu layihənin həyata keçirilməsinə də ümid yoxdur.

Hal-hazırda göldə təxminən 1.5 milyard kubmetr həcmində su olduğu bildirilir.

 

Bundan əvvəl Ətarf Mühit Təşkilatının Gölməçə Ekosistemləri Mərkəzinin müdiri Məsud Baqirzadə Kərimi bildirib ki, Urmu gölünün yarısını canlandırmaqla duz və qum fırtınalarının qarşısını almaq mümkündür. Belə iddialar İran mətbuatında vaxtaşırı gündəmə gəlir. Məqsəd gölün yalnız bir hissəsi, yəni nisbətən dərin olan şimal hissəsini qoruyub saxlamaq və cənub hissəsini unutmaqdır. Bu o deməkdir ki, bölgədə 3 min kvadratmetrdən daha böyük səhralıq yaranacaq.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar