SON XƏBƏRLƏR

Urmu gölü körpüsündən iki fərqli GÖRÜNTÜ

2021.10.20, 07:36
Urmu gölü körpüsündən iki fərqli GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Urmu Gölünü Canlandırma Mərkəzinin gölün qurumasında əsas rol oynadığını deyən körpüdən iki fərqli görüntü yayılıb.

 

Sosial şəbəkələrdə yayılan görüntülər Urmu gölünün  üstündə çəkilən körpünün açılışından sonrakı vəziyyətlə indiki vəziyyətin fərqini göstərməkdədir.

 

Gölü iki hissəyə bölən körpünün tikilməsi üçün 11 kilometrlik zolağı torpaqla doldurmaq lazım olub, bu məqsədlə gölə ətraf dağlardan daşınan böyük həcmdə daş və torpaq tökülüb.  Həmin körpü gölün şimal və cənub hissələri arasında su dövriyyəsini çətinləşdirdiyinə görə gölün quruması prosesini sürətləndirib.

 

Proje başlandığı zaman suyun dövriyyəsini təmin etmək məqsədi ilə körpünün iki tərəfində torpağın altında kanalların yaradılacağı açıqlandı, lakin bu kanallar heç vaxt yaradılmadı.

 

Urmiyənin İran parlamentindəki millət vəkili Nadir Qazipurun sözlərinə görə isə Energetika naziri su dövriyyəsi üçün 4 türbin quraşdırmalı idi, amma bu vəd də yerinə yetirilmədi.

 

Hazırda gölün şimal və cənub hissəsi arasında su dövriyyəsi yalnız küləklər hesabına baş verir, bu isə böhranın qarşısını almaq üçün qətiyyət yetərli deyil.

 

İran rejiminin həyata keçirdiyi yanlış və qərəzli siyasətin nəticəsində artıq Urmu gölünün 95 faizi quruyub. Gölün quruması ilə bölgənin ətraf mühitində baş verən dəyişikliklər 15 milyondan çox insanın həyatını təhdid edir.

 

 

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar