SON XƏBƏRLƏR

Urmu gölündə suyun səviyyəsi aşağı düşməkdə davam edir

2021.10.20, 07:36
Urmu gölündə suyun səviyyəsi aşağı düşməkdə davam edir

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmu gölündə gün keçdikcə böhran daha da dərinləşir.

 

Bu barədə Şərqi Azərbaycanın Gölməçələr üzrə Katibliyinin məsulu Yədulla Azərhava məlumat verib.

 

“Cari ildə (İranda yeni il martın 21-dən başlayır) may ayının 4-dək Urmu gölündə suyun səviyyəsinin tarazlığı ötən ilin eyni dövrü ilə müqayisədə 21 santimetr aşağı düşüb. Hazırda suyun səviyyəsi tarazlığı 1270.76 metrdir, bu rəqəm ötən ilin eyni dövründə 1270.97 metr olub”- deyə o bildirib.


Y.Azərhavanın sözlərinə görə, Urmu gölünün su hövzəsinin sahəsi kiçikməklə yanaşı göldə suyun həcmi də azalıb.

 

“Hazırda Urmu gölünün sahəsi 2299.77 kv. km-dir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 240.35 kv. km kiçilmə deməkdir. Göldə suyun həcmi isə hazırda 2.03 mlrd. kubmetrdir. Bu rəqəm göldə uzun müddət müşahidə olunan orta hesabla müqayisədə 14.24 mlrd kubmetr azalma göstərir”- deyə o qeyd edib.

 

Gölməçələr üzrə Katibliyin məsulu əlavə edib ki, “cari ildə mayın 4-dək Şərqi Azərbaycanda 334.8 mm yağıntı müşahidə olunub, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 27.9 mm artım göstərir.”

 

Hökumət rəsmisinin də dediyi kimi, Urmu gölündə suyun səviyyəsi tarazlığı o halda aşağı düşüb ki, bölgədə ötən ilə nisbətən daha çox yağıntı düşüb. Bu isə hökumət rəsmilərinin bundan əvvəlki bütün iddialarının əksini sübut edir. Urmu gölündə yağıntılar nəticəsində ən kiçik dəyişikliyi qabardan rəsmilərin bu dəfə göldə suyun səviyyəsinin qalxdığına dair yalan məlumat yaydıqları məlum olub. Şübhəsiz ki, onların bu barədə verdikləri yalan açıqlamalar ictimaiyyəti çaşdırmağa hesablanıb.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar