SON XƏBƏRLƏR

Urmu gölündən daha bir gəmi çıxarıldı

2021.10.20, 07:36
Urmu gölündən daha bir gəmi çıxarıldı

Gunaz.tv

GünAz TV: Urmu gölünün ən qədim gəmisi səssizcəsinə göldən çıxarılıb.


“Əmin” gəmisindən yayılan görüntülər onun Şərəfxana limanının dəniz muzeyinin yaxınlığına intiqal edildiyini göstərir.


Ötən il oktyabr ayında Urmu Gölünün Dənizçilik və Limanlar İşləri üzrə müdiri İsa Bəşarəti “Əmin” gəmisinin Şərəfxana limanının dəniz muzeyinə intiqal ediləcəyi barədə məlumat vermişdir.


İran rejimi Urmu gölünü qurutmaqla yanaşı ondan qalan əsər-əlaməti də məhv etməyə çalışır. Ötən ay yayda Urmu gölündə yaranan böhrandan sonra saya oturmuş ən qədim gəmilərdən biri rejim tərəfindən metallom kimi satılaraq ərazidən çıxarıldı. Bu məsələ bölgə əhalisinin kəskin etirazına səbəb olmuşdur.


Göldəki gəmilər vaxtı ilə burada su və gəmiçilik işlərinin olduğunu göstərir. Onları göldən çıxarmaq gölü və çoxlarının xatirtərələrini unutdurmaqdan baş heç nə deyil.


“Əmin” gəmisi Urmu gölünün ən qədim gəmisidir. Bu gəmi ikinci dünya müharibəsi zamanı ruslar tərəfindən Şərəfxana limanında düzəldilib. Onun çəkisi 50 tondan çox, uzunluğu 20 metr, eni 4.30 metr və hündürlüyü 5 metrdən çoxdur.


N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar