Urmu gölünə su buraxılmır – Millət vəkili

07.03.2018, 12:14

GünAz TV: Güney Azərbaycanın Urmiyə şəhərinin İran parlamentindəki millət vəkili Hadi Bahaduri bəndlərdən müəyyən miqdarda suyun Urmu gölünə buraxılmasını tələb edib. Hazırda Urmu gölünə axmalı olan böyük həcmdə su göldən kənarda bəndlərdə saxlanılır.

 

Millət vəkili bu barədə martın 6-da İran parlamentinin xəbər agentliyinə danışıb.

 

“Hazırkı şəraitdə bəndlərin suyunu Urmu gölünə buraxmağın tam zamanıdır. Energetika Nazirliyindən istəyirik ki, ən qısa zamanda buraxılmalı olan suyun Urmu gölünə axıdılması haqda lazımi tədbirlər görülsün. Bu il bəndlərin arxasındakı suyun həcmi ötən illə müqayisədə daha çoxdur, ona görə də suyun buraxılmaması üçün heç bir səbəb yoxdur”- deyə o bildirib.

 

Energetika Nazirliyi ötən il Urmu gölünə axması nəzərdə tutulan çay sularını bəndlərə yönəldərək gölün quruması istiqamətində daha bir addım atmışdır.

 

H.Bahaduri Urmu gölünün bərpası ilə bağlı qeyd edib ki, canlandırma işləri çox yavaş irəlləyir. Ötən il göldə suyun səviyyəsinin tarazlığı təxminən 1270.63 metr olub, hazırda isə 1270.59 metrdir. Göldə vəziyyət heç yaxşı deyil, suyun səviyyəsi orta həddən təxminən 4.5 metr aşağıdır.

 

Qeyd edək ki, hal-hazırda Urmu gölü su hövzəsində 64 su bəndi mövcuddur, 27-i isə tikilməkdədir. Həmin bəndlər çay sularının gölə axmasına mane olur və bu şəkildə göldə quruma prosesi sürətlənir. Ekspertlər Urmu gölündə yaranan böhranı ən çox bölgədə tikilən su bəndləri ilə əlaqələndirir.

 

N.S

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
Şərhlər
Şərh Yaz
gun az article

Beynəlxalq Əfv Təşkilatı İranla bağlı hesabat yaydı

2023-03-29

gun az article

Azərbaycanda Kibertəhlükəsizlik Mərkəzi yaradıldı

2023-03-28

gun az article

Deputat Fazil Mustafa evinin qarşısında güllələndi

2023-03-28

gun az article

I Türkçülük Çalışmaları sempozyumu

2023-03-28

gun az article

Türkiyə İrandan ikiqat güclüdür və fərqi artırır

2023-03-28

gun az article

İlham Əliyev: "Fransanın Azərbaycana ədalətsiz və mənfi münasibəti təsadüfi deyil"

2023-03-28

gun az article

Türkiyədə iranlı mühacirlərin sayı kəskin artıb

2023-03-28

gun az article

Prezident: Birinci mərhələdə Laçın şəhərində 500-ə yaxın fərdi ev inşa edilir

2023-03-28

gun az article

Prezident Laçına xüsusi nümayəndə təyin etdi

2023-03-28

gun az article

İranda daha 8 iş yeri oruc tutulmadığına görə bağlandı

2023-03-28

gun az article

Britaniya kəşfiyyatı: "Rusiyanın 10-cu tank alayı döyüş texnikasının çoxunu itirib"

2023-03-28

gun az article

Türkiyə Müdafiə Nazirliyi Fransa parlamentinə etiraz edib

2023-03-28

gun az article

İranlılar kapitallarını Türkiyəyə daşıyır

2023-03-28

gun az article

İran məhkəməsinin sədri şəriət qaydalarına əməl etməyənləri hədələdi

2023-03-28

gun az article

Rusiya Ukraynaya aviasiya bombaları atıb, yaşayış evləri dağılıb

2023-03-28

gun az article

Dövlət Departamenti: “ABŞ Azərbaycan və Ermənistan arasında sülh danışıqlarına sadiqdir”

2023-03-28

gun az article

MN: "Azərbaycan Ordusunun tank bölmələrinin döyüş hazırlığı təkmilləşdirilir"-VİDEO

2023-03-28

gun az article

İran dünyanı hədələdi

2023-03-28

gun az article

Ağ Ev: "İrana bağlı qüvvələrinin hücumlarına baxmayaraq, Suriyadan geri çəkilməyəcəyik"

2023-03-28

gun az article

Rusiya Ukraynada daha 570 hərbçisini itirdi

2023-03-28