SON XƏBƏRLƏR

Urmu gölünü canlandırmaq üçün azərbaycanlı gənc qızın marafon qaçışı... – GÖRÜNTÜ

2021.10.20, 07:36
Urmu gölünü canlandırmaq üçün azərbaycanlı gənc qızın marafon qaçışı... – GÖRÜNTÜ

Gunaz.tv

GünAz TV: Bir çox qaçış marafonunun iştirakçısı olmuş azərbaycanlı gənc qız Urmu gölünün canlandırılması şüarı ilə Bostanabaddan bu şəhərin “Quru göl” gölməçəsinə qədər qaçıb.

 

Şərqi Azərbaycan Gənclər və İdman İdarəsinin İctimaiyyətlə Əlaqələr Şöbəsinin yaydığı məlumata görə, Zeynəb Əhmədpur ətraf mühitin mühafizəsi və Urmu gölünə dəstək məqsədi ilə marafona qatılıb, o uzun məsafəni məşqçisi ilə birlikdə qaçıb.

 

Marafon Bostanabaddan start götürərək bu şəhərin “Quru göl” gölməçəsinə qədər 20 kilometr məsafəni əhatə edib.

 

Urmu gölündə uzun illərdir böhran yaşanır. Hazırda İran rejiminin yanlış və qərəzli siyasəti nəticəsində gölün 96 faizi quruyub. Göl təmami ilə quruyarsa, göldən 500 kilometr radiusda yerləşən bütün canlıların həyatı təhlükə ilə üz-üzə qalacaq. Bu günə qədər İran rejimi gölün canlandırılması üçün heç bir əməli addım atmayıb.

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar