SON XƏBƏRLƏR

“Urmu gölünün canlandırılması ilə bağlı hazırlanan hesabatlar dəqiq olmalıdır”

2021.10.20, 07:36
“Urmu gölünün canlandırılması ilə bağlı hazırlanan hesabatlar dəqiq olmalıdır”

Gunaz.tv

GünAz TV: “Urmu gölünün canlandırılması uğrunda görülən işlər haqda, dəqiq rəqəmlər əsasında hesabat hazırlanmalıdır. Bunu prosesdə iştirak edən bütün icra orqanları riayət etməlidir. Yalnız bu şəkildə görülən işlər və gölün hansı vəziyyətdə olduğunu haqda düzgün təsəvvür yarana bilər”.

 

Bu sözləri Şərqi Azərbaycan valisi Məcid Xudabəxş Urmu Gölünü Canlandırılma Mərkəzinin İctimai-Mədəni Şurasının keçirdiyi iclasda deyib.

 

Vali göllə bağlı məsuliyyət daşıyan bütün icra orqanlarını ümumi açıqlama vermək, həmçinin problemləri üstörtülü və qeyri-dəqiq şəkildə bəyan etməkdən uzaq olmağa çağırıb. O bildirib ki, icra orqanları ayrılan vəsaitin müqabilində gördüklər işlər və nəticə haqda dəqiq hesabat verməlidilər.

 

“Urmu gölünün canlandırılması üçün təşkil olunan İşçi Qrup 27 proje üzərində işləyir, bu projelərin icrasının 10 faizi Şərqi Azərbaycan əyalətinin üzərinə düşür. Biz dəqiq olaraq bilməliyik ki, Şərqi Azərbaycanın payına düşən işlərin nə qədəri görülüb. Əgər bu sahədə qüsur varsa, onu aradan qaldırmalıyıq”- deyə M.Xudabəxş vurğulayıb.

 

Vali həmçinin əlavə edib ki, “Urmu gölünün canlandırılması işlərində iştirak edən bütün orqanlar bir-biri ilə əlaqəli şəkildə fəaliyyət göstərməli, onların arasında informasiya mübadiləsi olmalıdır. Əks halda orqanlar pərakəndə şəkildə çalışmalı olacaq və bununlada istədiyimiz nəticəni ala bilməyəcəyik.”

 

İclasda Urmu gölünün canlandırılması istiqamətində görülən işlərlə bağlı bəzi orqanlar hesabat təqdim ediblər.

 

Qeyd edək ki, uzun illərdir Urmu gölündə böhran yaşanır, böhranın aradan qaldırılması ilə bağlı dövlət tərəfindən heç bir əməli tədbir görülməyib. Bir tərəfdən dövlət icra orqanlarını büdcə vəsaiti ilə yetəri qədər təmin etmir. Digər tərəfdən göl üçün ayrılan az miqdarda büdcə vəsaiti icra orqanları tərəfindən mənimsənilir. Problem bununla da bitmir. İcra orqanları görülən işlərlə bağlı yalan hesabatlar yayaraq həqiqəti əhalidən gizlətməyə çalışır. Bütün bunların nəticəsində Urmu gölündə vəziyyət günü-gündən gərginləşir.

 

N.S

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar