SON XƏBƏRLƏR

Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihə dayandırılıb

2021.10.20, 07:36
Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihə dayandırılıb

Gunaz.tv

GünAz TV: Urmu gölünün canlandırılması üçün nəzərdə tutulan iki layihənin vəsait çatışmazlığından dolayı dayandırıldığı bildirilir.

 

Bu barədə Urmu Gölünü Canlandırma Mərkəzinin planlaşdırma bölümünün məsulu Əli Hacı Muradı məlumat verib.

 

O bir müddət əvvəl bildirmişdir ki, “Təbriz və Urmiyada Urmu gölünə axıdılan kanalizasıya sularını təmizləmək məqsədi ilə təmizləmə-saflaşdırma qurğularının quraşdırılması layihələri üzərində işə başlanılıb. Bu layihələr Təbrizdən Urmu gölünə axıdılan 125 milyon kubmetr və Urmiyadan gələn 53 milyon kubmetr kanalizasiya suyunun təmizlənməsi üçün nəzərdə tutulub. Layihələrdən biri payızın axır ayı, digəri isə gələn il yazın orta ayında istifadəyə veriləcək.”

 

Əli Hacı Muradi aradan 3 ay keçdikdən sonra layihələrin büdcə vəsaiti çatışmazlığından dayandırıldığını açıqlayıb.

 

“Təbrizdəki layihə üçün 70 milyard tümən vəsaitə ehtiyac var. Bu məbləğdən bu günədək yalnız 1 milyard tümən ödənilib.

Urmiya ilə bağlı layihə isə 34 milyard 200 milyon tümən vəsait tələb edir. Bu məbləğ də ödənilməyib. Sadəcə 3.5 milyard tümən Qərbi Azərbaycan Su və Kanalizasiya Şirkətinə təhvil verilib. Şübhəsiz ki, bu məbləğ olduqza yetərsizdir. Ona görə də bir aydır ki, hər iki layihədə işlər dayanıb.”- deyə o bildirib.

 

Urmu Gölünü Canlandırma Mərkəzinin rəsmisi  sözlərinin sonunda bəyan edib ki, Enegetika Nazirliyi layihələrin icrası ilə bağlı üzərinə düşən öhdəliyi yerinə yetirir, lakin Planlaşdırma və Büdcə Təşkilatı 7 aydır ki, sözügedən layihələrə ayrılan büdcə vəsaitini təmin etməkdən imtina edir.

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar