SON XƏBƏRLƏR

Urmu gölünün havadan çəkilmiş VİDEOSU

2021.10.20, 07:36
Urmu gölünün havadan çəkilmiş VİDEOSU

Gunaz.tv

GünAz TV: Güney Azərbaycanın Urmu gölündə vəziyyət günü-gündən daha da pisləşir.

 

Martın 7-də havadan çəkilən video göldə vəziyyətin heç də mətbuatda təsvir edildiyi kimi olmadığını göstərir.

 

Videoda gölün üzərində tikilən körpünün cənub tərəfinin təmami ilə quruduğu, şimal tərəfinin isə qurumaq üzrə olduğu məlum olur.

 

Videoda göründüyü kimi, Urmu gölü böhranı ötən illərə nisbətən biraz da şiddətləyib. Hazırda suyun səviyyəsi tarazlığı orta həddən 4.5 metr aşağıdır, gölə axmalı olan su isə bəndlərin arxasında saxlanılır.

 

Urmiyənin İran parlamentdəki millət vəkili Hadi Bahaduri ötən günlərdə Energetika Nazirliyinə çay sularının Urmu gölünə axıdılmasına mane olduqlarına  görə etiraz edib, bəndlərdən gölə su buraxılmasını tələb etmişdir.

 

Uzun illər sözdə elmi araşdırmalardan sonra gölün canlandırılması üçün heç bir əməli addım atılmır, hazırda yağıntıların artması gözləmək və kanalizasiya sularının gölə axıdılmasından başqa hər hansı layihə üzərində işlənilmir.

 

Video:

https://www.youtube.com/watch?time_continue=7&v=_e3PiqEzJvU

 

 

N.S

 

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar