Urmu gölünün sahəsi 190 kvadrat kilometr azalıb

2021-05-15 15:39

Urmu gölünün sahəsi azalıb. Bu barədə Urmu gölünün Bərpa Mərkəzinin Qərbi Azərbaycan üzrə təmsilçisi Fərhad Sərxoş bildirib. 

Gunaz.tv Quote | Gunaz article

O, gölün ərazisinin 190 kvadrat kilometr azaldıldığını bildirib.

"Urmu gölünün mövcud səviyyəsi 1271.37 metrdir, ötən il bu 1271.90 kvadrat kilometr idi, bu da keçən ilin eyni dövrünə nisbətən 53 metr azalma olduğunu göstərir"- deyə, Fərhad Sarkhoş bildirib. 

O, gölün hazırda mövcud sahəsinin 3559 kvadrat kilometrdir olduğunu, bunun ötən il 3.749 kvadrat kilometr olaraq qeydə alındığını deyib.

Sərxoş bildirib ki, Urmu gölünün suyunun hazırkı həcmi 5 milyard 8 milyon kubmetrdir. Ötən ilin eyni dövründə bu 6 milyard 91 milyon kubmetr ölçülmüşdü.

Onun sözlərinə görə, Urmu gölünün həcmindəki dəyişikliklərin müqayisəsi gölün keçən ilə nisbətən 1 milyard 82 milyon kubmetr azaldığını göstərir.

Sərxoş qeyd edib ki, uzun müddətdə gölün səviyyəsi 1274.85, sahəsi 4.798 kvadrat kilometr və suyun həcmi 18 milyard 88 milyon kubmetr olub.

Qeyd edək ki, bir neçə gün öncə Su Hövzələrinin Mühafizə Şurası keçirdiyi iclasda Urmu gölünə bəndlərdə yığılan suların buraxılmaması barədə qərar verib. 

İclasda qeyd olunub ki, quraqlıqla əlaqədar əhalinin içməli suya olan tələbatının ödənilməsində problemlər olduğu üçün gölə suyun buraxılması ertələnir.

Şura üzvləri əhalinin suya olan ehtiyacının tam təmin olunmasından sonra məsələyə yenidən baxılacağını bildiriblər.

Bir müddət öncə gölün Bərpası Mərkəzinin Baş direktoru Məsud Təcrişi mətbuata verdiyi açıqlamada İran Enerji Nazirliyini və başqa əlaqədar qurumları illik su payını Urmu gölünə buraxmamaqda günahlandırıb.

C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Məhbus qardaşlar Təbriz həbsxanasının “12-ci məhkumlar” bölməsinə köçürülüb

2021-06-17

gun az article

“Tikantəpə Birlik Səsi” seçki qrupu seçki siyahısı yayınladı

2021-06-17

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Təbrizdə türk dilininin inkişafı ilə bağlı vədlər verdi

2021-06-17

gun az article

İran-Azərbaycan sərhədində Xomeyninin böyük şəkli olan lövhə quraşdırılıb – FOTO

2021-06-17

gun az article

Urmulu gənc siyasi məhbuslara görə İran hökumətini tənqid etdi: “Türkcə rəsmi dil olarsa, səs verəcəyik”-VİDEO

2021-06-17

gun az article

GünazTV June.16.2021-Görüş: Şuşa Bəyanaməsinin əhəmiyyəti, Batı Azərbaycanda şəhər şura seçkiləri

2021-06-17

gun az article

Qərbi Azərbaycanda koronavirusa yoluxma sayı yenidən artdı

2021-06-16

gun az article

Xalxalın ölüm saçan təhlükəli yolları: "Əksəriyyəti standartlara uyğun deyil"-Polis rəisi

2021-06-16

gun az article

Tehranda faciə: Güneyli futbolçunu qatar vurub öldürdü

2021-06-16

gun az article

İran mətbuatından güneyli qadın hakimə absurd ittiham

2021-06-16

gun az article

Xamneyinin Güney Azərbaycan üzrə təmsilçiləri xalqa çağırış edib

2021-06-16

gun az article

Güneyli ziyalılar Urmu seçkilərində vahid namizədlər siyahısını dəstəklədi

2021-06-16

gun az article

Güneyli milli-mədəni fəal Behnam Şeyxi məzuniyyətə buraxılıb

2021-06-16

gun az article

Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16

gun az article

Urmulu qadın qapıçı Türkiyə klubunda çıxış edəcək

2021-06-16

gun az article

Təbrizdə güclü partlayış: Ölən və yaralananlar var-FOTOLAR

2021-06-16

gun az article

GünazTV June.15.2021-GÜNDƏM MASASI: İranda məqsədli yoxsullaşdırma siyasəti və seçki oyunu

2021-06-15

gun az article

GünazTV June.15.2021-Özümüz: Seçkilər

2021-06-15

gun az article

Muğanda siyasi məhbuslara dəstək aksiyası: Divarlara etiraz şüarları yazılıb

2021-06-15

gun az article

Urmuda bələdiyyə başçısı həbs edildi

2021-06-15