Urmu zindanında saxlanılan və sağ əlinin dörd barmağının kəsilməsinə məhkum edilən “Hadi Rüstəmi” şüşə qırıqları yeyərək intihar edib.
Gunaz.tv
Bir ay 20 gün öncə karantin bəndinə köçürülən məhbusa zindan məsulları 6 ay daha karantındə qalacağını bildirdikdən sonra o,buna etiraz olaraq yanvar ayının 18-də intihara əl atıb.
“İlam” əyalətinin “Mehran” şəhərində anadan olan 34 yaşlı məhbus 2016-cı ildə başqa iki nəfərlə birlikdə həbs olunub. O, 2019-cu ilin noyabr ayında Urmu şəhər Cinayət Məhkəməsinin 1 saylı şöbəsində sağ əlinin dörd barmağının kəsilməsinə məhkumç edilib.
2020-ci il dekabrın 9-da H.Rüstəmi həbsxanadan yazdığı məktubda ondan alınan etirafların doğru olmadığını və ETTELAAT məmurlarının işgəncələri nəticəsində etmədiyi əməli boynuna aldığını bildirmişdir.
C.E