Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəisi İSNA-ya verdiyi açıqlamada hadisənin Urmu-Salmas magstral yolunun 10 kilometrliyində baş verdiyini deyib.
Gunaz.tv
Cəfərzadə 4 nəfərin hadisə yerdində, bir nəfərin isə xəstəxanada dünyasını dəyişdiyini bildirib.
Fevralın 19-u axşam saatlarında meydana çıxan yol qəzasında həyatını itirən şəxslərdən ikisi azərbaycanlı təsviri sənət ustaları Fərşad Qulami və Vəhid Rəzəvidir.

Xatırladaq ki, yollların təhlükəsizlik qaydalarına uyğun olmaması faktoru və avtomobillərin qeyri-standart olması hər il minlərlə insanın həyatına son qoyur.
Bir müddət öncə İran Parlamentinin İctimai Komitəsinin rəhbəri “qəzaların əsas amilinin keyfiyyətsiz avtomobillər olduğu”nu bildirmişdi. O, “daxili avtomobil istehsalının monopoliya edildiyini, xaricdən gətirilən avtomobillərin rüsumunun çox olmasını əhalini keyfiyyətsiz avtomobillərə üstünlük verməyə sövq etdiyini” demişdi.
C.E