Əlaqədar orqanlar günahı soyuq havada və qar yağışında görürlər.
Gunaz.tv
Havaların soyuması və qar yağıntısının başlaması ilə eyni vaxtda Urmu(urmiyə) şəhərinin bir çox məhəllələrində elektirik enerjisinin verilməsi dayandırılıb.
Urmu sakinlərinin sosyal şəbəkələrdə yazdıqlarına görə zəng etdikləri əlaqədar qurumlardan cavab ala bilmirlər.
Bu saatlarda Qərbi Azərbaycan əyalətinin elektirik enerji idarəsinin rəisi bildirib ki, "ağır qar yağışı şəhərin müxtəlif yerlərində enerji paylaşımında problemlər yaradıb."
"Əkbər Həəsənbəyli"nin açıqlamasına görə, Urmu şəhəri ilə yanaşı, Soyuqbulaq və bir neçə başqa şəhərdə də elektirik enerjisi verilməsi dayandırılıb.
Hazırda bələdiyyə və elektirik enerji idarəsinin işçilərinin hadisələrin baş verdiyi yerlərdə çalışdıqlarını deyən Ə.Həsənbəyli problemin nə vaxt həll olunacağı barədə qəti fikir bildirməkdən çəkinib.
C.E