Güney Azərbaycanın Urmu (Urmiya) şəhərində bir qrup azərbaycanlı mədəni fəal beynəlxalq ana dili günü münasibətilə puster və traktlar yapışdırıblar.
Gunaz.tv
Posterlərdə “Ana dili insanın kimliyini oluşdurur”, “40 milyon türkün ana dilində təhsil almasının qarşısında durmaq irqçilik deyilsə bu zülmün adı nədir?” kimi sözlər yazılıb.
İki gün öncə bu münasibətlə Urmu şəhərində uşaqlar arasında türkcə kitablar paylanılmışdı.
Hal-hazırda azərbaycanlı milli-siyasi fəallar Əlirza Fərşi, Tohid Əmir Əmini, Behnam Şeyxi, Kiyanuş Aslani və Həmid mənafi dünya ana dili gününündə təbrik posterləri payladıqları üçün həbsxanalarda cəza çəkməkdədirlər.
C.E


