Urmu sürücülərinin etiraz aksiyası davam edir-FOTOLAR

2021-04-30 13:58

Urmu şəhərində sürücülər yenidən etiraz aksiyası keçirib. Bu son bir həftədə sürücülərin ikinci aksiyasıdır.

Gunaz.tv Quote | Gunaz article

Özəl sektora məxsus avtobusların sürücüləri şəhər bələdiyyəsinin binası qarşısında toplaşaraq gecikdirilmiş əmək haqlarının ödənilməsini tələb ediblər.

Urmu şəhər bələdiyyəsinə məxsus avtobusların sürücüləri bələdiyyə ilə bağladıqları müavilələrinin taleyinə aydınlıq gətirilməsini tələb edib. Onlar əmək haqlarının ödənilməsini və gediş haqqı biletlərində subsidiyaların verilməsini istəyiblər.

Sürücülər üzərinə “son bir neçə ilin borcları ödənilsin", "bütün özəl sektor avtobuslarının sənədləri verilsin”, “artıq köləlik dövrü bitib,  kölə olmaq istəmirik” yazılmış plakat qaldırıblar.

Qeyd edək ki, sürücülər eyni tələblərlə aprelin 27-də Qərbi Azərbaycan əyalətinin qubernatorluğu qarşısında etiraz aksiyası keçirmişdilər.
Son iki həftə ərzində şəhərdə ictimai nəqliyyat yarım iflic vəziyyətə düşüb.

Buna səbəb 293 özəl sektor operatorunun subsidiyaların və əmək haqlarının ödənilməməsinə etiraz olaraq avtomobillərini Urmunun ictimai nəqliyyat dövriyyəsindən çıxarmalarıdır.

Özəl sektor nümayəndələrinin dediyinə görə, operatorların hər birinə bələdiyyə təxminən 500 milyon borc ödəməlidir. Bu isə Urmu bələdiyyəsinin imkanı xaricindədir.

Xatırladaq ki, son aylar ərzində Urmu şəhərində sürücülər dəfələrlə aksiya keçirib. Etirazlar nəticə vermədiyi üçün onlar ötən ilin dekabr ayının 28-də Tehrana gedib İran parlamentinin binası qarşısında da aksiya keçirmişdilər.

Son vaxtlar Güney Azərbaycanın müxtəlif şəhərlərində iş adamlarının və müxtəlif sahələrdə çalışan işçilərin onlarla etiraz aksiyası qeydə alınıb.

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətinin yaydığı son hesabata görə, 2021-ci ilin ilk 3 ayı ərzində Təbriz, Urmu, Ərdəbil, Həmədan, Qəzvin, Kərəc, Ərak və başqa şəhərlərdə 70 etiraz aksiyası keçirilib.

 

C.E

 

 


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganda su böhranı yaşanır

2021-05-18

gun az article

İran PUA-sı Azərbaycan sərhədində uçuşlar edib-FOTOLAR

2021-05-18

gun az article

Güney Azərbaycanda koronavirus mənzərəsi: Əyalətlər üzə son STATİSTİKA

2021-05-18

gun az article

Urmuda etiraz aksiyası keçirilib

2021-05-18

gun az article

Axtarışda olan Azərbaycan vətəndaşları Tehranda aksiya keçirib-FOTO, VİDEO

2021-05-18

gun az article

Təbrizdə cinayətkar şəbəkə ifşa edildi

2021-05-18

gun az article

Qərbi Azərbaycan əyalətində 1100 tarixi əsər tapılıb

2021-05-18

gun az article

Şərqi Azərbaycanda su böhranı gözlənilir-Direktordan XƏBƏRDARLIQ

2021-05-18

gun az article

Zənganda bərpaya ehtiyacı olan tarixi abidələrin siyahısı açıqlandı

2021-05-18

gun az article

Urmulu millət vəkili hökumətə çağırış etdi

2021-05-18

gun az article

Milli fəal Əli Vasiqi həbsxanaya qayıdıb

2021-05-18

gun az article

GünazTV May.17.2021: PARLAQ GƏLƏCƏK: Bizim Milli İstəklərimiz Seçkilərlə Reallaşmır, Məntəqədə Gərginlik və Güney Azərbaycan

2021-05-18

gun az article

Güneyli siyasi məhbus Siyamək Mirzayiyə ağır itki üz verdi: Bacısı vəfat edib

2021-05-17

gun az article

Təbrizdə etiraz aksiyası keçirilib: "Boş süfrələrimizi düşünün”

2021-05-17

gun az article

Güney Azərbaycanda zəlzələ baş verib

2021-05-17

gun az article

Həmədanda koronavirus statistikası: Daha 9 nəfər vəfat etdi

2021-05-17

gun az article

Güneyli millət vəkili Tikantəpənin iqtisadi problemlərindən danışdı: "Yollar insanların qətl yerinə çevrilib"

2021-05-17

gun az article

Təbrizdə Füzuli adına parkın açılışı olub-VİDEO

2021-05-17

gun az article

Tanınmış güneyli aşıq Səbur Şərifi vəfat edib

2021-05-17

gun az article

Güneyli ailə övladlarına 11 aydan sonra "Anar" adı ilə kimlik sənədi ala bilib 

2021-05-17