Öyrənci hərəkatı seçkilərlə bağlı bəyanat yaydı: "“Urmu Birlik Səsi”nin vahid namizədlərinə səs verək"

2021-06-16 11:30

Urmu Universitetinin "Azərbaycan" milli-mədəni dərnəyi "Urmu Birlik Səsi" qrupunun böyük koalisiyasına dəstək bəyanatı yayıb.

Gunaz.tv Quote | Gunaz article

Sənəddə Urmu şəhər şurası seçkilərində fürsətçi kürd terror qruplarının əsassız iddialarının qarşının alınması üçün yaradılan koalisiyaya dəstək ifadə olunur.

 

Dərnəyin bəyanatında deyilir:
"Urmu Azərbaycanın toxunulmaz qırmızı xəttidir!
Ölkəni bürüyən və xüsusilə son illərdə daha da şiddətlənən qarışıqlıq çoxlarının seçkilərə qatılmaqla bağlı tərəddüdünə səbəb olub.

 

Bu qarışıq durumda bir müddət əvvəl qucaq açaraq qonaq kimi qarşıladığımız bir sıra qüvvələr, torpaqlarımıza  iddia edənlər fürsətdən istifadə edərək Urmu şəhər şurasındakı bütün yerləri mənimsəmək istəyirlər!


Belə bir şəraitdə Urmunun milli-mədəni şəxsiyyətləri şəhər şurası seçkilərinə qatılmaq üçün vahid namizədlərin siyahısının hazırlanmasında razılığa gəliblər".

 

Bəyanatda qeyd olunur ki, Urmu əhalisinin şəhərin həssas, fərqli şərtlərini nəzərə alaraq, cümə günü şəhər və kənd şuraları seçkilərində iştirak edərək qəbul olunan vahid siyahıya dəstək verəcəyi gözlənilir.

 

"Biz Urmu Universitetinin milli-mədəni öyrənciləri qəbul edilən vahid siyahıya dəstəyimizi bildirir və başqa fəallardan, Urmu əhalisindən “Urmu Birlik Səsi”-nin təqdim etdiyi siyahıda adı olan namizədlərə səs vermələrini istəyirik"-deyə, bəyanatda qeyd olunur.

 

Qeyd edək ki, Güney azərbaycanlı milli fəalların yaratdığı “Urmu Birlik səsi” qrupu Urmu Şəhər Şurasına keçiriləcək seçkilərinə münasibət bildirib. 

Qurp üzvləri şəhər şuralarına keçiriləcək seçkilərdə vahid mövqedən çıxış etməyi zəruri sayıblar

 

“Urmu Birlik səsi” qrupu Urmu Şəhər Şurasına keçiriləcək seçkiləri üçün siyahı tərtib edib. Vahid namizədlər siyahısı bu tərkibdədir:


Gülşən Novruzi 
Mürtəza Mənafi 
Tumac Vəhid Əfşar 
Əli Mustafazadə 
Rəsul Əsğərzadə 
Murtəza Bəhram 
Mürtəza Piri 
Nağı Kərimi 
Əhəd Yusifi 
Məhəmməd Xəlilpur 
Hüseyn Pənahi.

Mövzu ilə bağlı xəbərləri buradan oxuya bilərsiniz: 

https://gunaz.tv/az/new/urmu-birlik-sesi-urmu-seher-surasi-seckilerinde-vahid-siyahi-1623662064
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30

gun az article

GünazTV July.30.2021: Körpü: İran’da İnterneti Kəsmək

2021-07-30

gun az article

Təbrizli xeyriyyəçi məktəblilərin xərclərinin ödənilməsi üçün 4 qatlı bina bağışlayıb

2021-07-30

gun az article

24 iyul aksiyasında saxlanılan milli fəalların son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Tikintisi 14 ildir davam edən Təbriz-Əhər yolunun açılışı yenə ertələndi

2021-07-30

gun az article

Təbrizdə məhbuslara dəstək aksiyası: Şəhərdə afişalar yayıldı- FOTO

2021-07-30

gun az article

Şəhruz və Şahin Bərzgər qardaşlarının son durumu ilə bağlı məlumat açıqlandı

2021-07-30

gun az article

Təbriz aksiyasında həbs olunan fəallardan daha ikisinin kimliyi bəlli olub

2021-07-30

gun az article

Qərbi Azərbaycanda silah-sursat tapılıb?- İran hökumətindən üçüncü iddia

2021-07-29