Urmu və Təbrizdə yandırıcı maddələrin partlaması faciəyə səbəb oldu

2021-03-16 09:12

Bu, mart ayında bu qəbildən baş verən və bir neçə nəfərin həyatına son qoyan neçənci hadisədir.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycan Radio və Televizyasının verdiyi xəbərə görə, hadisə Urmu şəhərinin “Vilayəti Fəqih” meydanında baş verib. İcazəsiz yandırıcı maddələri daşıyan 15 yaşlı yeniyetmə partlayış nəticəsində ölüb.


Polis rəisi polkovnik Şeyxnəjad hadisə nəticəsində başqa bir şəxsində ağır yaralandığını bildirib.


Təbrizin “azaranjoman” xəbər saytının verdiyi məlumata görə, ötən gecə Təbriz şəhərində yandırıcı maddələrin partlaması nəticəsində iki nəfər ölüb, iki nəfər isə ağır yaralanıb.


Son həftə ərzində Təbriz və Urmu şəhərlərində yandırıcı maddələrin partlaması nəticəsində bir neçə nəfər həyatını itirib, bir neçə nəfər isə yaralanıb.


Bundan iki gün öncə, Təbriz şəhərində baş verən oxşar hadisədə 6 yaşlı qız uşağı həyatını itirib. Onun 4 yaşlı bacısı və 30 yaşlı atası isə ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.


Ümumiyyətlə hər il yaz bayramı qabağı İranda çoxlu sayda bu cür hadisələr baş verir. Çərşənbə atəşfəşanlıqlarında əldəqayırma yandırıcı və fişənglərin partlaması nəticəsində onlarla insan həyatını itirir, yüzlərlə insan yaralanır.


Hökumət bu qəbildən olan atəşfəşanlıq maddələrinə qadağa qoyduğu üçün, vətəndaşlar onu öz evlərində və qeyri-standart şəkildə hazırlamağa məcbur olurlar. Bu isə ağır nəticələrə səbəb olur.


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Zənganın 170 kəndində insanlar içməli su tapmır

2021-08-03

gun az article

İran parlamentinin keçmiş deputatı koronavirusdan öldü

2021-08-03

gun az article

Marağada 9 milyon illik heyvan fosilləri aşkar edilib

2021-08-03

gun az article

Təbrizdə koronavirusla bağlı karantin yenidən sərtləşdirilir

2021-08-03

gun az article

Qəzvində və Qərbi Azərbaycanda sel fəlakəti: 6 nəfər həlak olub

2021-08-03

gun az article

ETTELAAT Türkiyədə yaşayan culfalı xanımı şərləmək istəyir

2021-08-03

gun az article

Təbrizdə "korona" qurbanlarını sayı gizlədilir: Xəstəxanalarında çarpayı çatışmır

2021-08-03

gun az article

Urmu həbsxanasında 3 məhbus edam edilib

2021-08-03

gun az article

Milli fəal Həmid Mənafi sürgünə göndərildi

2021-08-03

gun az article

Güneydə ekoloji fəlakət: Qızılüzən çayı qurudu, balıqlar tələf oldu

2021-08-03

gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31