SON XƏBƏRLƏR

Urmuda azərbaycanlı fəallar ETTELAATa çağırılıb

2021.10.20, 07:36
Urmuda azərbaycanlı fəallar ETTELAATa çağırılıb

Gunaz.tv

GünAz TV: ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) Milli Qiyamın növbəti İldönümü ərəfəsində öz təzyiqlərini azərbaycanlı fəallara qarşı davam etdirməkdədir.

 

Güney mənbələrinin yaydığı məlumata görə, Urmunun ETTELAAT idarrəsi tərəfindən azərbaycanlı fəallar Behzad Süleymanpur və Yılmaz Məhəmmədi ilə təmas tutulub. Adını çəkdiyimiz fəallar təhdid edilərək ETTELAAT İdarəsinə çağırılıblar.

 

Azərbaycanlı fəallar isə bazar günü ETTELAAT İdarəsinə  gediblər. Onlar 3 saat sorğu-suala tutulublar.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar