Urmuda koronavirus həyəcanı: Pandemiya təhlükəli həddə çatdı-XƏBƏRDARLIQ

2021-03-27 15:57

Urmuda koronavirusa yoluxma sayı kəskin artıb. Məlumata görə, bölgədə pandemiyanın təhlükə səviyyəsinə görə qırmızı vəziyyət elan olunub.

Gunaz.tv Quote | Gunaz article

Qərbi Azərbaycan əyalətinin Tibb Elmləri Universitetinin rektoru Cavad Ağazadə Urmu şəhərində COVİD-19 xəstəliyinə yoluxma sayının kəskin artması nəticəsində orta təhlükəli sayılan narıncı vəziyyətin dəyişdiyini bildirib.  

Onun sözlərinə görə, epidemioloji durum  təhlükəli həddə çatıb.

Cavad Ağazadə martın 27-də mətbuata verdiyi açıqlamada Qərbi Azərbaycan əyalətində yoluxma sayının sürətlə artdığını bldirib, məsulları ciddi tədbirlər görməyə çağırıb. 

Onun fikrincə, ciddi tədbir  görülməsə və karantin qaydalarına əməl olunmasa vəziyyət nəzarətdən çıxa bilər. 

Ağazadə Urmu ilə yanaşı Üşnəviyə və Çaldran şəhərlərində də epidemioloji durumun sarı vəziyyətdən narincıya, mavidən sarıya keçdiyini deyib.

Qeyd edək ki, İranda COVİD-19-a yoluxma hallarında təhlükə səviyyəsi qırmızı, narıncı, sarı, ağ və yaşıl rənglər kimi kateqoriyalara bölünür. Yanvar ayından bu kateqoriyalara mavi rəng də artırılıb. 

Təhlükə səviyyəsi sarı kimi göstərilən şəhərlərdə daha az məhdudiyyət tətbiq edilməsi üçün mavi rəng müəyyən edilib. Bu kateqoriyaya aid şəhərlərdə bütün iş yerləri elan edilmiş karantin qaydalarına uyğun olaraq fəaliyyət göstərə bilər.
   
Son sutka ərzində Qərbi Azərbaycanda 468 nəfər COVİD-19-a yoluxub. Hazırda əyalət xəstəxanalarında yerləşdirilən xəstələrin 129-u durumu kritik olduğuna görə reanimasiya şöbələrində köçürülüb, 23 xəstə isə süni tənəffüs aparatına qoşulub.

Pandemiyanın başlamasından bu günə kimi əyalətdə 120 min 723 nəfər COVİD-19-a yoluxub. Onlardan 3 min 744 nəfər dünyasını dəyişib.
 


C.E
 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Təbrizdə siyasi məhbus Ruzbeh Piriyə dəstək aksiyası keçirilib-FOTO

2021-09-19

gun az article

Milli fəal Məhəmməd Mərdi barəsində məhkəmə qərarı çıxarılıb

2021-09-19

gun az article

Şərqi Azərbaycanın Heris mahalında məktəb binaları çatışmır

2021-09-18

gun az article

Azərbaycan idmançılarından böyük uğur: Komanda İran çempionatında birinci oldu

2021-09-18

gun az article

Güneyli sənətçi koronavirusdan vəfat etdi

2021-09-18

gun az article

Qəzvin bağlarında yanğın baş verib

2021-09-18

gun az article

İranın Ermənistana dəstəyinə etiraz edən 12 güneyli fəal məhkəməyə çağrılıb

2021-09-17

gun az article

İranda bu günə qədər "korona"dan 116 min 436 ölüb -RƏSMİ RƏQƏMLƏR

2021-09-17

gun az article

Ərdəbildə istehsalatda ölüm halları artıb: Son aylarda yüzlərlə işçi yaralanıb

2021-09-17

gun az article

Qarabağa gedən yük maşınlarına icazə kağızı verən ETTELAAT məmurudur

2021-09-17

gun az article

Qaşqay türklərinin tanınmış şairi vəfat edib

2021-09-17

gun az article

Zənganda içməli su qıtlığı: Kəndlər susuz qalıb

2021-09-17

gun az article

İranın şimal-qərbində terrorçu qrup zərərsizləşdirilib- Dövlət Sərhəd Xidməti

2021-09-17

gun az article

Həmədanın məşhur Ağ gölü quruyub

2021-09-17

gun az article

Zənganda tarixi əşya qaçaqmalçıları saxlanılıb

2021-09-17

gun az article

Zənganda 1000-dən çox layihənin icrası yarımçıq qalıb

2021-09-17

gun az article

Məlikanda çörək bahalaşdı

2021-09-17

gun az article

Şərqi Azərbaycanda savadlılıq səviyyəsi aşağı düşüb

2021-09-17

gun az article

Vərziğanda etiraz aksiyası: Kəndlilər yolu bağladı

2021-09-16

gun az article

Həmədanda tarixi abidə dağılmaq üzrədir

2021-09-16