SON XƏBƏRLƏR

Urmuda Taksi sürücüləri Etiraz Aksiyası keçiriblər

2021.10.20, 07:36
Urmuda Taksi sürücüləri Etiraz Aksiyası keçiriblər

Gunaz.tv

GünAzTv: Urmu Şəhərinin Bazarında polis əməkdaşları ilə işadamları arasında yaşanan qarşıdurmadan bir gün sonra, bu şəhərdə daha bir Etiraz Aksiyası keçirilib.

 

Urmu şəhəri dünən səhər tezdən Taksi sürücülərinin Etiraz Aksiyasına şahid olub. Yüzlərlə Taksi Mafi xiyabanında məhkəmənin 2 sayılı binasının qarşısı və Urmu şəhərinin Transport ( Sazmane Taksirani) idarəsinin qarşısında toplaşıb və Etiraz əlaməti olaraq yolu bağlayıblar.

 

Etiraz Aksiyası İranın Təhlükəsizlik Qüvvələri, Polis və sivil məmurlar tərəfindən kontrola alınıb. Məmurlar şəkil çəkməyi və səhnəni video kameraya yazmağın qarşısını şiddətlə alıblar.

 

Qeyd edək ki,Taksiçilər gediş haqqlarının az olması və işsizlikdən dolayı bütün təbəqələrə aid insanların taksiçi kimi işlədiyinə görə, bu işin gəlirsizliyindən şikayətlənirlər. Marağlı məqam ondan ibarətdir ki, sadə vətəndaşlar da gediş haqqının yüksək olduğundan şikayətlənirlər.

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar