Əhvaz ərəblərinə dəstək akiyası genişlənir: Urmuda küçələrə afişalar vuruldu- VİDEO

2021-07-21 11:33

Qərbi Azərbaycan əyalətinin mərkəzi Urmu (Urmiya) şəhərində Xuzistan ərəblərinin etiraz aksiyalarına dəstək davam edir.

Gunaz.tv Quote | Gunaz article

Azərbaycanlı milli-mədəni fəallar etirazçılara dəstək vermək və əhalinin diqqətini Xuzistanda baş verən hadisələrə cəlb etmək məqsədi ilə şəhərin bir çox küçələrində afişalar yapışdırıblar.

Afişalarda  ərəblərin simvolu olan "çəfiyyə" şəklinin üzərində “Arxandayıq əl-Əhvaz”, “Ürəyimiz sizinlədir” şüarları qeyd olunub.

Qeyd edək ki, Xuzistanda su çatışmazlığına etiraz olaraq başlayan etiraz aksiyaları davam edir. 

İyulun 20-də etirazların İranın başqa şəhərlərinə də yayıldığı barədə xəbərlər və görüntülər paylaşılıb.

Görüntülərdə Tehran, Məşhəd, Kərəc şəhərlərində əhalinin qruplar halında Xuzistandakı etirazçılara dəstək şüarları səsləndirdikləri müşahidə olunur.

Tehranın metro stansiyalarının birində çox sayda insan “İslam Cumhuriyyətinə ölüm” şüarları səsləndirib. 

Xuzistan şəhərlərində də, əhalinin sosial tələblərinə cavab olaraq zor tətbiq edən  hökumətin siyasəti pislənilib. Qəzəblənən əhali “Xamneyiə ölüm”, “İslam Cumhuriyyətinə ölüm” şüarları səsləndirib.

Etirazların altıncı gecəsində Əhvaz, İzə, Susəngerd, Şuştər, Xorrəmşəhr, Abadan, Behbahan, Ramşir, Veys, Darxovin, Mahşəhr və Dezful şəhərinin bir sıra bölgələrində mitinq keçirilib.

İzədə ən azı iki etirazçının öldürülməsi ilə, Xuzistanda tehran rejimi tərəfindən öldürülənlərin sayı beş nəfərə artıb. 

Çərşənbə gecəsi İzə şəhərində keçirilən etirazlar  zamanı İranın əmniyyət qüvvələrinin açdığı atəş nəticəsində ən azı iki gənc etirazçı - Hadi Bəhməni və Məhəmməd Abdullahi öldürülüb. İzədə daha bir etirazçının öldürüldüyü bildirilir.

İzədəki yerli mənbələrin sözlərinə görə, çərşənbə axşamı gecə bu şəhərdə keçirilən etirazlar zamanı İranın polis və təhlükəsizlik qüvvələri tərəfindən güllələnərək yaralanan bir qrup etirazçı həbs olunmaq qorxusu ilə xəstəxanaya müraciət etməyib və müalicə olunmağa yerləri yoxdur.

Əldə edilən videolarda isə, hökumət qüvvələrinin bir qrup etirazçıya hücumundan sonra İzə şəhər xəstəxanasında böhranlı vəziyyətin yarandığı göstərilir.

Xatırladaq ki, Güney Azərbaycanın bir neçə şəhərində Xuzistan ərəblərinin üsyanına dəstək aksiyaları keçirilir.

Ərdəbil və Urmu şəhərlərində neçənci dəfə olaraq çox sayda afişalar yayılıb, divar şüarları yazılıb və bu vasitə ilə azərbaycanlıların xuzistanlıların haqlı etirazlarına dəstəkləri ifadə olunub.

Xaricdə fəaliyyət göstərən bir sıra Güney Azərbaycan təşkilatları və güneyli insan haqları müdafiəçiləri bəyanat yayaraq, Xuzistan ərəbləri ilə həmrəy olduqlarını bildirib.

Milli qurumlar dünya ictimaiyyətini və BMT-nii Tehran rejiminin ərəblərə qarşı repressiyalarını dayandırmaq üçün əməli tədbirlər görməyə, İran hökumətini məhkum etməyə çağırıblar. 

C.E

Mövzu ilə bağlı digər xəbərləri buradan oxu bilərsiniz:
Güneydə Xuzistan ərəblərinə dəstək aksiyası genişlənir-FOTO

Güney Azərbaycanda etiraz aksiyalarına çağırış edilib

Güneydə Xuzistan üsyanına dəstək genişlənir- “Azərbaycan sizinlədir"- FOTO

"Ərk"-Azərbaycan İnsan Haqları Cəmiyyətindən Xuzistana dəstək: "İran rejimi su istəyən dinc ərəb xalqını güllələyir"

 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30