Urmulu fəal Salar Tahir Əfşar müvəqqəti azadlığa buraxılıb

2021-06-15 09:18

Güney Azərbaycanın Urmu şəhərindən olan milli fəal Salar Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında həbsxanadan çıxıb.

Gunaz.tv Quote | Gunaz article

Güneyli siyasi məhbus Salar Tahir Əfşar 5 gün müddətinə məzuniyyətə buraxılıb.


Əfşar iyunun 14-də 300 milyon tümənlik girov qarşılığında 5 gün müddətinə məzuniyyətə buraxılıb.


Tahir Əfşar aprelin 19-da atasının evində təhlükəsizlik qüvvələri tərəfindən həbs edilərək, bir il həbs cəzasını çəkmək üçün Urmiyə həbsxanasına köçürülmüşdü.


Urmulu türk fəal ikinci Qarabağ Müharibəsi zamanı Azərbaycana dəstək mitinqində iştirak etdiyinə görə həbs edilib.

İlkin məhkəmə tərəfindən "sistemə qarşı təbliğat aparmaq" və "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamlarından 4 il həbs cəzasına məhkum olunub.

Daha sonra Apellyasiya Məhkəməsi ona "qanunsuz etiraz aksiyası təşkil etmək" ittihamından bəraət verərək, həbs cəzasını 1 ilə endirib.


Urmu həbsxanasının gənclər bölməsində saxlanılan Əfşar keçən ay ailəsi ilə telefon danışığı zamanı həbsxananın karantin bölməsinə köçürüldüyünü bildrimişdi. O, mayın 19-da karantin bölməsinə köçürülərək bir həftə sonra təkrar gənclər bölməsinə geri qaytarılmışdı.


İran həbsxanalarında yeni məhbuslar bir müddət ərzində karantin bölməsində saxlanıldıqdan sonra həbsxananın digər bölmələrinə yerləşdirilir. Karantin bölməsində müxtəlif cinayətlərdən həbs edilən məhkumlar bir yerdə saxlanılır.

C.E

Mövzu ilə bağlı xəbərlər daha ətraflı bu linklərdə:

https://gunaz.tv/az/new/urmu-hebsxanasinda-saxlanilan-qarabag-mehkumu-salar-tahir-efsara-tezyiq-gosterilir-1621486429

https://gunaz.tv/az/new/milli-feal-salar-tahir-efsar-urmu-hebsxanasinin-gencler-bolmesine-kocurulub-1622018319

https://gunaz.tv/az/new/azerbaycanli-feal-salar-tahir-efsar-baresinde-mehkeme-hokmu-cixarilib-115829

https://gunaz.tv/az/new/urmulu-milli-medeni-feal-salar-tahir-efsar-saxlanilib-1618831080


 

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güneyli veloyürüşçü Rəsulzadənin məzarını ziyarət edib

2021-08-02

gun az article

Ərdəbildə içməli su qıtlığı: Əhaliyə keyfiyyətsiz su verilir

2021-08-02

gun az article

Sel və daşqınlar Şərqi Azərbaycanda ciddi fəsadlar yaradıb- VİDEO

2021-08-02

gun az article

Məşhur “Sizə salam gətirmişəm” şeirinin müəllifi vəfat etdi-VİDEO

2021-08-02

gun az article

Güneyli məktəblilərdən böyük uğur: Qəbul imtahanlarında 9 nəfər ilk yerləri tutub

2021-08-02

gun az article

“Türkiyədə bir ağac yanarsa Azərbaycanda min ürək yanar"- Güney Azərbaycandan Türkiyəyə dəstək

2021-08-02

gun az article

24 İyul Təbriz aksiyasında saxlanılanlardan 3-ü dindirilib

2021-08-01

gun az article

Qəzvində üç məhkum edam edilib

2021-08-01

gun az article

Milli fəallar Aydın Zakiri və Vəhid Xavəndinin ittihamları sübuta yetirilməyib

2021-07-31

gun az article

Təbriz aksiyasında saxlanılan fəal müvəqqəti azadlığa buraxılıb

2021-07-31

gun az article

Yanğının söndürülməsində Türkiyə və Azərbaycan yanğınsöndürənləri birgə iştirak edir

2021-07-31

gun az article

Zənganda son bir ayda 27 nəfər yol qəzalarının qurbanı olub

2021-07-31

gun az article

Vərziğanın milət vəkili Süngün mis mədəninin talanmasına bəraət qazandırıb

2021-07-31

gun az article

Üç türkmən jurnalist məhkəməyə çağırılıb

2021-07-31

gun az article

Milli fəal Əli Vasiqi məzuniyyətə buraxıldı

2021-07-31

gun az article

Xamneyinin nümayəndəsindən Allahşükür Paşazadəyə dəstək

2021-07-31

gun az article

Təbrizdə tarixi yer adları yenidən farslaşdırıldı- FOTO

2021-07-31

gun az article

“Traxtur”dan böyükhesablı qələbə- Təbriz klubu paytaxt təmsilçisini darmadağın etdi -VİDEO

2021-07-31

gun az article

Milli fəal Rza Vasiqi Ərdəbil həbsxanasına qayıdıb

2021-07-31

gun az article

GünazTV July.30.2021-Azadlıq səsi: İran rejimi dağılmağa doğru

2021-07-30