Millət vəkili Urmuya görə hökuməti tənqid etdi

2021-05-11 10:59

Urmu şəhərinin İran parlamentindəki nümayəndəsi Höccətül İslam Seyid Salman Zakir Urmu gölünə olan laqeyd münasibəti tənqid edib.

Gunaz.tv Quote | Gunaz article

O, “İSNA” xəbər agentliyinə verdiyi açıqlamada Urmu gölünün bölgə əhalisi üçün həyati əhəmiyyət daşıdığını bildirib.

Millət vəkili Urmu gölünün bərpası üçün nəzərdə tutulan illik su payının su bəndlərindən gölə buraxılmasının vacibliyini vurğulayıb.

"Məsuliyyətsizlik və laqeydliyin bundan artıq bərpa işlərinə mane olmasına icazə verilməməlidir”-deyə, o, bildirib.

Bölgə əhalisinin əsas məşğulliyyətinin əkinçilikdən ibarət olduğunu söyləyən deputat su qaynaqlarının düzgün istifadə edilməsini və əkinçilərin su tələbatının təmin olunmasını vacib sayıb.

S.Salman Zakir Urmu gölünün məhv olmasının bütün bölgə sakinlərinin həyatı üçün ciddi təhdid olduğunu, bunun fəsadlarının aradan qaldırılmasının mümkün olmayacağını söyləyib.

Millət vəkili qeyri-elmi fəaliyyətlərin bölgədə əkinçiliyə və Urmu gölünün bərpasına vuracağı ziyanlarını xatırladıb və bunun qarşısının alınması üçün əməli addımların atılmasını vacib sayıb.

Qeyd edək ki, iki gün öncə yayılan məlumatda Urmu gölünün həcminin daha da azaldığı və su səviyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 48 santimetr aşağı düşdüyü qeyd olunur.

Bir müddət öncə gölün Bərpası Mərkəzinin Baş direktoru Məsud Təcrişi mətbuata verdiyi açıqlamada yenidən İran Enerji Nazirliyini və başqa əlaqədar məsulları illik su payını Urmu gölünə buraxmamaqda günahlandırıb.

C.E

Post | Gunaz article thumb

Paylaş :

Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social Post | Gunaz article social
gun az article

Güney azərbaycanlı məhbusların aclıq aksiyası genişlənir-Daha üç məhbus aksiyaya qoşuldu

2021-06-13

gun az article

Təbrizdə iki mədəni fəal həbsxanaya aparılıb

2021-06-12

gun az article

Keçmiş siyasi məhbuslardan Abbas Lisaniyə dəstək

2021-06-12

gun az article

Təbrizdə Abbas Lisaniyə dəstək verilib-FOTO

2021-06-12

gun az article

Abbas Lisaniyə dəstək aksiyası davam edir

2021-06-12

gun az article

Rəşt şəhərində türklərə məxsus yer adları dəyişdirilir-VİDEO

2021-06-12

gun az article

Zənganın ölümə aparan yolları: Ən azı 1600 kilometr yol təmir edilməlidir

2021-06-12

gun az article

Günaz.TV-nin rəhbəri İraq kürdlərinin Urmu seçkilərindəki müdaxiləsinə münasibət bildirib-VİDEO

2021-06-12

gun az article

Abbas Lisaninin başladığı aksiya genişlənir: Siyasi məhbus Yusif Kari də aclığa qoşuldu

2021-06-12

gun az article

İraq kürdləri Qərbi Azərbaycan seçkilərinə müdaxilə edir-FOTO, VİDEO

2021-06-12

gun az article

Qərbi Azərbaycanda əməliyyat: Tarixi əşya qaçaqmalçıları ələ keçdi

2021-06-12

gun az article

Abbas Lisani aclıq aksiyasına başladı

2021-06-12

gun az article

Ərdəbildə divarlara milli şüarlar yazıldı: “Tehranda seçkilər, Azərbaycanda aclıq aksiyası”-FOTO

2021-06-12

gun az article

GünazTV June.11.2021: Körpü: İran'da Qondarma Seçkilər, Güney Azərbaycan Milli Hərəktinin Tarixi Qalibiyyəti

2021-06-12

gun az article

GünazTV June.11.2021-Azadlıq səsi: Milli hərəkat və seçki

2021-06-12

gun az article

Milli hökumətin başçısı Seyid Cəfər Pişəvərinin doğum günüdür

2021-06-12

gun az article

Urmulu türk xanım Parisdə Beynəlxalq Karate Liqasının münsif üzvü seçildi

2021-06-11

gun az article

Prezidentliyə namizəd İbrahim Rəisi Urmu gölünün bərpasından danışıb

2021-06-11

gun az article

Binab kəndlərində içməli su böhranı-VİDEO

2021-06-11

gun az article

Qəzvinli qadın beynəlxalq yarışda hakimlik edəcək

2021-06-11