SON XƏBƏRLƏR

Şərqi Azərbaycanda təbiətin incisi sayılan məşhur göl qurudu-FOTOLAR

2021.11.23, 13:04
Şərqi Azərbaycanda təbiətin incisi sayılan məşhur göl qurudu-FOTOLAR

Gunaz.tv

Ətraf mühit və mədəni fəalların su hövszəsindən paylaşdıqları fotolar onun tamamilə quruduğunu göstərir.

Noyabrın əvvəllərində Ocan mahalının fərmandarı Yədulla Allahyari mediaya verdiyi açıqlamasında beynəlxalq siyahıya salınmış gölün qurumasının ekoloji faciə olduğunu deyib.

"Gölün bərpasına məsul olanların laqeydliyi və məsuliyyətsizliyinin heç bir məntiqi izahı yoxdur"-deyə, fərmandar bildirib.

Şərqi Azərbaycan əyalətinin Ətraf Mühitin Mühafizə İdarəsinin başçısı Həsən Abbasnejad da Qurugölün milli və beynəlxalq siyahıya salınmış təbiət abidəsi kimi bütünlüklə məhv olmaq üzrə olduğu barədə xəbərdarlıq etmişdi.

Qeyd edək ki, Qurugöl İranda beynəlxalq qeydiyyatdan keçmiş və dünya səviyyəsində təbiət abidəsi kimi siyahıya alınmış 26 göldən biridir.

200 hektar sahəsi olan göl 260 adda müxtəlif bitki növünə malik olmaqla yanaşı, çox sayda yerli və köçəri quş növlərinin sığınacaq yeridir.

C.E 
 

content_image_1637658413.jpeg

content_image_1637658493.jpeg

content_image_1637658465.jpeg

content_image_1637658514.jpeg

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar