SON XƏBƏRLƏR

"Rus dilinin üstünlüyü dilimizi ölü dilə çevirirdi"-Baş redaktor

2022.04.22, 10:40
"Rus dilinin üstünlüyü dilimizi ölü dilə çevirirdi"-Baş redaktor

Gunaz.tv

Onun sözlərinə görə, rus dilinin üstünlüyü, imtiyazları azərbaycanlıların dogma dillərini unutmasına səbəb olur, dilimizi işlək dildən ölü dilə çevirirdi.

"Bununla da xalq olaraq, mədəniyyətimiz, tariximiz, milli varlığımız təhlükə qarşısında qalırdı. Çoxluq siyasi mahiyyətinə görə rus dilini inkişaf dili sayır və ana dilimizə qarşı bir biganəlik hökm sürürdü.

Azərbaycan SSR-nin 1978-ci ildə qəbul edilən konstitusiyası dilimizin obrazlı desək, əsas xilaskarı oldu. Bu konstitusiya milli ruhumuzu özünə qaytarmaqda böyük rol oynadı. Azərbaycan dilinə rəsmi qaydada dövlət dili statusu verildi. Beləliklə, Azərbaycan dili titul dildən dövlət dilinə çevrildi.

Azərbaycan rəhbəriyi tərəfindən rəsmi status qazanan ana dilinin hərtərəfli inkişafı xətti yürüdüldü. Dilimiz rəsmi sənədlərlə yanaşı, gündəlik həyatda, təcrübədə ümumişlək oldu. Rəsmi dövlət tədbirlərində ana dilində çıxışlar dilimizin inkişafına təkan verdi"-deyə, baş redaktor bildirib.

R.Becanov qeyd edib ki, Azərbaycan dilinin inkişafında müstəsna xidmətləri olanların təltif edilməsi, dilimizlə bağlı ali məktəb dərsliklərinə dövlət mükafatının verilməsi məhz dogma dilimizin qayğısına qalmaq, cəmiyyətdə stimullaşdırma, dilə sevgi və hörmət aşılamaq məqsədi daşıyırdı:

"1978-ci ildə konstitusiyanın qəbulu və bu konstitusiyada təsbiq olunan mühüm maddələr Azərbaycanın müstəqilliyə gedən yolunda əsas dayaqlardan biri idi. Ona görə ki, ana dilimiz, SSRİ-dən ayrılmaq hüququ kimi mühüm maddələr həmin konstitusiyada təsbit edildi". (olaylaz.az)

Ayxan

SEÇİLMİŞ XƏBƏRLƏR

Çox oxunanlar